- XƏBƏRLƏR -
3948 Arxiv
ADDA müəllimi Türkiyədə medalla təltif olunub
2021.04.19 12:54

Azərbaycan Dövlət Dəniz Akademiyasının İnformasiya Resurs Mərkəzinin müdiri,  riyaziyyat üzrə elmlər doktoru, “Dəniz naviqasiyası” kafedrasının dosenti Rövşən Hümbətəliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib.  Bu münasibətlə o, müvafiq diplom və elmin tərəqqisindəki xidmətlərinə görə həmin Akademiyanın “Qızıl Ulduz” medalı ilə təltif olunub.

Rövşən  Hümbətəliyev 2000-ə yaxın elmi işin, o cümlədən 30-dan çox kitabın müəllifidir. Onun elmi əsərlərinin 54-ü xarici ölkələrdə (ABŞ, Rusiya, Ukrayna, Türkiyə, Almaniya, Bolqarıstan və s.) nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində nəşr olunub.

Müəllimimiz Türk Dünyası ölkələrinin universitetləri və riyaziyyatçı alimləri ilə uzun illərdir, əməkdaşlıq edir.  Bundan başqa, müxtəlif Beynəlxalq Elmi Konqreslərdə dəfələrlə məruzələrlə çıxış edib və bu məruzələri böyük maraqla qarşılanıb.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının əsas məqsədi Türk dilli ölkələrin müxtəlif sahələrdə çalışan tanınmış alimlərinin elmi araşdırmalarını və bu sahədəki töhfələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.