- XƏBƏRLƏR -
14900 Arxiv
Koronavirusdan qorunmaq üçün bunları bilmək vacibdir
2020.02.24 13:24

Diqqət! Diqqət! Diqqət! BU, ÇOX VACİBDİR!

ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsi tərəfindən koronavirusdan qorunmağın yolları barədə hazırlanmış maarifləndirici məqaləni diqqətinizə çatdırırıq: 

Son zamanlar yayılmış koronavirusdan qorunmaq və sağlamlığımızın təhlükəsizliyini təmin etmək üçün ASCO Sosial inkişaf və nəqliyyat şöbəsi xəbərdarlıq edir:

1.Aprel ayınadək (havanın temperaturu 25 dərəcə selsidən yüksək olduqda virus öz-özünə məhv olur) mümkün qədər xarici ölkələrə (xüsusən, Çin və İrana) səfər etməyin.

2. Uşaqlarınıza və özünüzə profilaktik məqsədlə interferon damcısı alın. İnterferon virusun hüceyrələrə keçməsinin qarşısını alır. Burnunuza bu məhlulu gündə iki dəfə damızdırın. Oksalin mazı alın və burnuza daxil edərək sürtün. İmmuniteti qaldırmaq üçün mikroelementlərlə, xüsusilə A və E vitamini ilə zəngin peraparatlar qəbul edin.

3.Əllərinizi tez-tez sabunla yuyun. Asqırdıqdan və öskürdükdən sonra təkrar mütləq yuyun! İctimai yerdə asqırıb, öskürəndə ağzınızı ovucun içi ilə yox, qolun dirsək hissəsi ilə tutun. Çünki, sonra ovucla stola, digər yerlərə toxunaraq virusu ötürmə riskini artıra bilərsiniz.

4. İctimai yerlərdə maskadan istifadə edin. 3 maskanı üst-üstə geyinin!  Maska hər 3 saatdan bir dəyişdirilməlidir, onun qoruyuculuğu 3 saatdan sonra azalır! Adamların çox olduğu yerdən aralandıqdan sonra maska hökmən dəyişilməlidir!  Maskanı qulaq hissədəki rezindən tutub çıxarın və atın. Sonra əlinizi yuyun! Daha sonra təzə maska geyinin!

5. Özünüzlə spirt gəzdirin. Əlləri və burnunuzu tez-tez spirtləyin.

6. Ayaqqabı ilə evə daxil olmayın. Ayaqqabını bayırda soyunun, əlinizə götürərək rəfə qoyun. Ayaqqabının altı evin girəcəyinə, yerə dəyməsin! Geyimlərinizi dərhal çıxarın, o geyimlə divanda, stulda qəti oturmayın.

7. İş yerində və evdə xlorlu məhlullarla döşəməni, qapıları, qapı tutacaqlarını dezinfeksiya edin. Hamam, tualeti mükəmməl təmizləyin!

8.Görüşəndə əllə görüşməyin, öpüşməyin!

9. Heyvanlarla təmasdan tam çəkinin!

9.Sitrus meyvələrindən (kivi, mandarin, nar, apelsin və s.) və fitosidlərdən (göy soğan  və  sarımsaq) çox yeyin. Yaxşı qidalanın.

Hörmətli əməkdaşlar, əgər uşağınızda və özünüzdə qrip əlamətləri varsa, xahiş olunur EVDƏ QALIN!

Qısa zamanda həkimə müraciət edin və mütləq xəstəxana nəzarətində olun!