- XƏBƏRLƏR -
5885 Arxiv
ADDA tələbələri Xocalı soyqırımına həsr olunan tədbirdə iştirak ediblər
2020.02.21 16:04

Fevralın 21-də Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı tədbirinin iştirakçıları arasında olublar. 
Tədbirin bədii hissəsində AR Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tədbirdə Bakı Dövlət Universitetinin, “Azərbaycan Televiziya və Radio verişləri” QSC-nin dəstəyi ilə lentə alınan “Cəzasız cinayət” adlı film də nümayiş edilib. Filmin senari müəllifi, rejissoru və prodüsseri BDU-nun müəllimi, İtaliyanın Beynəlxalq İqtisadi və Siyası Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşiddir. Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət işi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyası Arxivinin, Türkiyənin Başbakanlık (Baş Nazirlik) Osmanlı Arxivi, Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuatından istifadə olunub.
Tədbirdə həmçinin muzey əməkdaşları, KİV və ictimaiyyət nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının,  tələbələri iştirak ediblər.