- XƏBƏRLƏR -
4870 Arxiv
Dənizçi tələbələr “Əsgərə salam” hərbi-vətənpərlik aksiyasına qoşulublar
2020.01.31 10:21

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də  start verdiyi “Əsgərə salam” hərbi-vətənpərlik aksiyasına qoşulub. 

Belə ki, dənizçi tələbələr bu gün kollektiv şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdiriblər. Foto aksiyada nəzərdə tutulduğu kimi #esgeresalam #dovletqacqinkom həştəqləri ilə ASCO-ya məxsus sosial şəbəkə hesablarında paylaşılıb.

Qeyd edək ki, 2 fevral – Gənclər Gününə qədər davam edəcək aksiyada məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.