- XƏBƏRLƏR -
397 Arxiv
Elmi Şuranın 2019-cu ildə son iclası
2019.12.29 15:59

Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının 2019-cu ildə son iclası keçirilib. İclasa sədrlik edən ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov gündəlikdə duran məslələri Şura üzvlərinin diqqətinə çatıdırıb.

    Bu dəfəki iclasın müzakirə mövzusu Tələbə Elmi Cəmiyyətinin və Tələbə Şurasının fəaliyyətləri ilə yanaşı, ADDA-nın yataqxanasının vəziyyəti oldu.

    Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə onun üzvlüyünə tədris planını müvəffəqiyyətlə yerinə yetirən və elmi-tədqiqat işi ilə fəal məşğul olan tələbələrin qəbul olunmasına dair rəy və təkliflərin verilməsi Elmi Şuranın Qərar layihəsinə daxil edilib.

Həmçinin tələbələrin elmə olan həvəslərini artırmaq və gənc istedadları üzə çıxarmaq üçün müxtəlif fənn olimpiadalarının təşkil olunması, tələbə və magistrantların elmi nailiyyətlərinin artırılması istiqamətində elmi seminar və konfransların təşkil edilməsi, ADDA-da və digər ali texniki təhsil müəssisələrində təşkil olunan fənn olimpiadalarında, elmi seminar və konfranslarda tələbələrin, magistrantların və gənc tədqiqatçıların iştirakının təmin edilməsi və bu istiqamətdə həvəsləndirici tədbirlərin həyata keçirilməsi barədə fakültə dekanlarına və kafedra müdirlərinə müvafiq tapşırıq verilib.   

Akademiyanın yataqxanasında ilkin tibbi yardım göstərmək məqsədilə yataqxana sakinlərindən bir neçə tələbənin ADDA-nın Təlim Tədris Mərkəzində “İlkin tibbi yardım” kursuna cəlb olunması Elmi Şuranın qərar layihəsinə daxil edilib.