- XƏBƏRLƏR -
5937 Arxiv
Keyfiyyəti İdarəetmə Sisteminə dair master-klass
2019.12.20 13:08

Azərbaycan Dövlət Dəniz Akademiyasında Keyfiyyəti İdarəetmə Sisteminin təkmilləşdirilməsinə dair master-klass keçirilib. ADDA-nın professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə “Rus Registri” MMC-nin audit qrupunun rəhbəri Tağı Əhmədzadə İSO 9001:2015 Beynəlxalq Standartlarına istinad edərək bildirib ki, keyfiyyət mədəniyyətinə söykənən təhsil, xalqımızın həyat və yaradıcılığa münasibətini yeniləyəcək, Azərbaycanın "aşağı keyfiyyət" dövründən başlayaraq milli dirçəlişinə kömək edəcək ideyanın əsasına çevriləcəkdir. Keyfiyyəti idarəetmə sisteminin tətbiqi daxili proseslərin inkişafına nəzarət edən fəaliyyət sahəsidir.

Təhsil ehtiyaclarına lazımi dərəcədə cavab vermək, proseslər və funksiyalar üçün qanunvericilik və tənzimləmə tələblərinin yerinə yetirilməsinə nəzarət, təhsil xidmətlərinin çeşidini genişləndirmək, heyət üçün real məqsədlər qoymaq, davamlı inkişaf üçün hədəflərə çatmağın təhlilini aparmaq, müasir tədris texnologiyalarını tətbiq etmək, məlumatın düzgün istifadəsi və saxlanmasını təmin etmək bu sistemin tətbiqi üçün tələb olunan əsas məqamlardır. T. Əhmədzadə 2018-ci ildən İSO 9001:2015 Beynəlxalq Standartları ilə işləyən  ADDA-nın bu sistemi tətbiq etməsini yüksək qiymətləndirib və Akademiyanın gələcək fəaliyyətində qeyd olunan məqamlara xüsusi diqqət ayrılacağına ümidvar olduğunu qeyd edib.