- XƏBƏRLƏR -
173 Arxiv
Tələbələrimiz Gənc Tamaşaçılar Teatrında
2019.11.28 09:15

Azərbaycan Dövlət Dəniz Akademiyası tələbələrinin dərsdən sonrakı asudə vaxtlarının səmərəli keçməsi üçün vaxtaşırı olaraq bir sıra tədbirlər keçirilir. Müxtəlif mədəni-kütləvi tədbirlər, rəsm sərgiləri, konsert proqramları və xeyriyyə aksiyalarında ADDA tələbələri böyük həvəslə iştirak edirlər. Akademiya rəhbərliyi tələbələrin belə tədbirlərdə iştirakına daim köməklik göstərməyə hazır olduğunu vurğulayıb. Mütəmadi olaraq tələbələrlə söhbətlər aparılır, onların asudə vaxtlarının maraqlı və səmərəli keçirliməsi üçün təklif və istəkləri dinlənilir.

Bu günlərdə ADDA-nın bir qrup tələbəsi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olub. Əməkdar İncəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi, tatar dramaturqu İlgiz Zəyniyevin "Burqanın evi" pyesi əsasında hazırlanan “Varislər” tamaşası tələbələrimizdə çox maraqlı təəssürat yaradıb. Maraqlıdır ki, tamaşanın tərtibatçı rəssamı Reyhan Aslanova da tələbədir. O, Rəssamlıq Akademiyasında təhsil alır.