- XƏBƏRLƏR -
5567 Arxiv
Fakültə Elmi Şuralarının seçkiləri
2019.11.18 14:13

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi sürücülüyü” və “Gəmi mexanikası və elektromexanikası” Fakültə Elmi şuraları üzvlərinin seçkiləri keçirilib. Namizədlər təklif edildikdən sonra gizli səsvermə aparılıb. Səsvermənin nəticələrinə əsasən, “Humanitar fənlər” kafedrasınin dosenti Saməddin İmanov və “Dəniz naviqasiyası” kafedrasının baş müəllimi Samirə Gözəlova “Gəmi sürücülüyü” fakültəsinin Elmi Şurasına,  “Gəmi energetik qurğuları”kafedrasının dosenti Məhəmməd Rzayev, “Tətbiqi mexanika” kafedrasının dosenti Bəhruz Ağarzayev və ”Gəmi elektroavtomatikası” kafedrasının baş müəllimi İlhamə Bayramova isə “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin Elmi Şurasına üzv seçiliblər.

Qeyd edək ki, tərkibi təhsil müəssisəsinin rektoru tərəfindən təsdiq edilən Fakültə Elmi Şurası fakültə dekanını seçməklə yanaşı, mütəxəssis hazırlığı, elmi-tədqiqat fəaliyyəti, kafedraların maddi-texniki təchizatı və s. kimi məsələlərə baxır.