- XƏBƏRLƏR -
5556 Arxiv
TƏBRİK EDİRİK!
2019.07.11 13:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı dövlət başçısının 1 may 2018-ci il tarixli sərəncamı ilə təsis edilib,  bu mükafatla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. 

ADDA kollektivi rektor Heydər Əsədovu bu dövlət mükafatı ilə təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayır.