- XƏBƏRLƏR -
7154 Arxiv
Polşada beynəlxalq konfrans işə başlayıb
2019.06.12 12:52

Polşada beynəlxalq konfrans işə başlayıb

İyunun 12-də Polşanın Qdınya şəhərində Qdınya Dövlət Universitetinin və Dəniz İnstitutunun Dənizçilik fakültəsinin təşkilatçılığı ilə dəniz nəqliyyatı və dəniz daşımalarının təhlükəsizliyinə həsr olunmuş TransNav-2019 beynəlxalq konfransı öz işinə başlayıb.

3 günlük konfrans 60-dan çox ölkədə daşımalar və təhlükəsizlik sahəsində araşdırmalarla məşğul olan alim və mütəxəssisləri bir araya toplayıb.

Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov konfransın Elmi Proqram Komitəsinin üzvüdür. Bu il Z.Şərifov konfrans iştirakçılarının diqqətinə “The Anode Material Selection for Electrospark Alloying (ESA) and its Mass Transition Phenomena” mövzusunda hazırladığı məqaləni təqdim edib.