- XƏBƏRLƏR -
6079 Arxiv
Tələbələrin mülki müdafiə hazırlığı önəm daşıyır
2019.05.03 16:00

Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris planına müvafiq olaraq, Bakı elektrik maşınqayırma zavoduna məxsus müasir sığınacaqda 187A qrupunun tələbələri üçün “Mülki müdafiə” dərsi keçirilib. Gənclərə mühafizə qurğularının əhəmiyyəti, quruluşu, avadanlıqları və mühafizə qabiliyyəti, onlardan sülh və ya müharibə dövrlərində istifadə qaydaları haqqında geniş məlumat verilib, praktiki olaraq avadanlıqlar işə salınaraq sığınacağın hazırlıq səviyyəsi nümayiş etdirilib.

Dərsdə həmçinin fövqəladə hallar zamanı radioaktiv, kimyəvi zəhərləyici maddələrin aşkar edilməsi, ölçü cihazlarının iş prinsipi, texniki xarakteristikaları, fərdi və tibbi mühafizə vasitələrindən istifadə barədə ətraflı söhbət aparılıb. Semestr ərzində keçilmiş nəzəri dərslərin təcrübə ilə əlaqəsinin əhəmiyyəti dinləyicilərin diqqətinə çatdırılıb.