- XƏBƏRLƏR -
745 Arxiv
Tələbə, magistrant və gənc tədqiqatçıların elmi-texniki konfransı başa çatıb
2019.04.08 12:44

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tələbə, magistrant və gənc tədqiqatçıların elmi-texniki konfransı keçirilmişdir. Bu gün Akademiyanın akt zalında konfransın nəticələrinə həsr olunmuş mərasimdə qaliblər müəyyənləşdirilib. Tədris və tərbiyə işləri üzrə prorektor, professor Zahid Şərifov konfransın əhəmiyyətindən danışaraq bildirib ki, təhsillərinin ilk mərhələlərində bu cür konfransda iştirak edən tələbələr gələcək elmi fəaliyyətləri zamanı burada əldə etdikləri təcrübədən səmərəli istifadə edə biləcəklər.

 Sonra ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov qalibləri elan edib. Qeyd edək ki, bu il 6 bölmə üzrə ümumilikdə 19 tələbə müvafiq diplomlara layiq görülüb.

Bölmələri və qalibləri təqdim edirik:     

I BÖLMƏ 

«GƏMİQAYIRMA VƏ GƏMİ TƏMİRİ»

  1. Sadıqov İmran 186R – I yer
  2. Mürsəlzadə Elmar 186R – II yer
  3. Paşazadə Səlim 185A – III yer

 II BÖLMƏ

“DƏNİZ NAVİQASİYASI”

  1. Əliyev Hüseyn 206A2 – I yer
  2. Muradlı Xətai 207A1 – II yer
  3. Abbasov Nail 206A1 –  III yer

 III BÖLMƏ

«GƏMİ ENERGETİK QURĞULARI»

  1. Mirməmmədov Murad 196A2 – I yer
  2. Ağazadə Fərahim 196A1 – II yer
  3. Səmədov Nicat 196R – III yer 

IV BÖLMƏ

«GƏMİLƏRİN ELEKTRİK AVADANLIQLARI VƏ AVTOMATİKASI»

  1. Əlicanov Ruslan 367M – I yer
  2. Filmanov Ehtiram 367A1 – II yer
  3. Adnayev Elgün 366A2 – III yer 

V BÖLMƏ

«TƏTBİQİ MEXANİKA VƏ RİYAZİYYAT»

  1. Şəmilzadə Qüdrət 207A2 – I yer
  2. Babayev Rafiq 196A1 – II yer
  3. Şükürova Ayşən 188A2 – III yer
  4. Quluzadə Rəsul 187A – III yer 

VI BÖLMƏ

«SU NƏQLİYYATININ HUMANİTAR VƏ DİLÇİLİK MƏSƏLƏLƏRİ»

  1. Şükürova Ayşən 188A2 – I yer
  2. Şavkunov Timur 198R – II yer
  3. Abbasov Famil 198A1 – III yer