- XƏBƏRLƏR -
6029 Arxiv
“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu
2019.04.02 01:26

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə təşkilatçılığı ilə aprelin 2-də Akademiyada “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu keçirilib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının 2019-cu il üçün mülki müdafiə üzrə tədbirlər planına uyğun təşkil olunan təlim kursunun məqsədi tələbə gənclərin fövqəladə hallarla bağlı maarifləndirilməsidir. Tədbiri Akademiyanın mülki müdafiə rəhbəri – Tədris və tərbiyə işləri üzrə prorektor, prof. Z.Şərifov açaraq fövqəladə hallarla əlaqədar ətraflı məlumat verib. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin əməkdaşları “Zəlzələ zamanı davranış qaydaları”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsizlik qaydaları” və  s. fövqəladə hallarla bağlı mövzularda çıxışlar edərək, önəmli məqamlara aydınlıq gətiriblər.

Sonda maarifləndirmə xarakterli videomaterial nümayiş etdirilib.