- XƏBƏRLƏR -
12965 Arxiv
Yaz semestrində master-klass dərslərinə start verildi
2019.04.02 12:35

Azərbaycan Dövlət Dəniz Akademiyasında tədris prosesinin tələbələr üçün daha faydalı və maraqlı olması üçün mütəmadi qaydada müxtəlif ixtisaslar üzrə master-klass dərsləri keçirilir. Bu dərslər Akademiyanın müəllimləri ilə yanaşı, digər unversitetlərdən dəvət olunmuş aparıcı mütəxəssislər tərəfindən də elektron təqdimat üsulu ilə aparılır.

Bu gün yaz semestrində ilk master-klass dərsini texnika elmləri namizədi, akademiyanın “Gəmi elektroavtomatikası” kafedrasinin dosenti Lətif Məmmədov təqdim edib. “Gücləndiricilər və onların iş prinsipləri” mövzusunda master-klassın məqsədi gənc müəllimlərə beynəlxalq səviyyədə qəbul olunmuş interaktiv təlim sistemini öyrətməkdən ibarətdir. L.Məmmədov müasir təhsil sistemini sovet təhsil sistemi ilə müqayisə edərək, tələbələrin qiymətləndirilməsi, interaktiv təlim və tələbələrin tədrisdə daha aktiv iştirakı üçün istifadə edilən üsullar mövzusuna da toxunub.

“Gəmi mexanikası və elektromexanikası” fakültəsinin tələbələrinin fəal iştirakı ilə keçən master-klass sual-cavabla yekunlaşıb.