- XƏBƏRLƏR -
3436 Arxiv
Bahar iməciliyi keçirildi
2019.03.18 10:47

Martın 16-da Azərbaycan Dövlət Dəniz Akademiyasında Novruz bayramı ərəfəsində ənənəvi iməcilik keçirilib. Akademiyanın hər iki korpusunda, yataqxanasında, Dənizçilik Kollecində təmizlik və səliqə-sahman işləri aparılıb, ağaclara qulluq edilib, ətraf ərazilər qaydaya salınıb. Yüksək əhval-ruhiyyə ilə keçən iməcilik iştirakçılarda əsl bahar ovqatı yaradıb.