- XƏBƏRLƏR -
6600 Arxiv
ASCO əməkdaşları arasında şahmat yarışı keçirilib
2019.02.25 09:53

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  (ASCO) sosialyönlü tədbirlərini davam etdirir.

Belə ki, ASCO-nun struktur bölmələrinin əməkdaşları arasında şahmat yarışı keçirilib.

Turnir Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin akt zalında baş tutub.

Yarışın yekun nəticəsinə əsasən  Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı Emin Namazov qalib adını qazanıb. Zəka sahiblərindən Azərbaycan Dövlət Dəniz Akademiyasının təmsilçisi Oktay Poladov ikinci, Bibiheybət Gəmi Təmiri Zavodunun əməkdaşı İmamverdi Hüseynov üçüncü olub.

Ölkəmizdə idmanın inkişafına  daim xüsusi diqqət və qayğı göstərilir. Məhz, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təşkil olunan  idman turnirləri də idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıyır.