- XƏBƏRLƏR -
6751 Arxiv
Saytımız müasir tələblərə cavab verir
2018.12.14 16:00

 

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində "Media və təhsil dialoqu" mövzusunda təlim-konfrans təşkil olunub. Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasını İnformasiya Resurs Mərkəzinin müdiri Elxan Məmmədov təmsil edib.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev konfransı açaraq, belə təlimlərin media-ali məktəb əlaqələrinin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Təhsil Nazirliyinin media ilə əlaqələrə xüsusi önəm verdiyini deyən nazirliyin sektor müdiri Cəsarət Valehov sözügedən mövzuda təlim-konfransın artıq 6-cı dəfə keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media ilə əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.

Qlazqo Universitetinin məzunu və Qərbi Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadənin “Universitet veb-saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri” və Təhsil Nazirliyinin veb-masteri Mehman Şəfaqətovun  “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik” mövzusularında təqdimatları olub. Azərbaycan Dövlət Dəniz Akademiyasının veb saytı (adda.edu.az) müasir tələblərə cavab verən saytlar sırasında qeyd edilib.

Konfransda, həmçinin yeni məzmun, forma və tərtibatda çap olunan “Azərbaycan məktəbi” jurnalı konfrans iştirakçılarına təqdim edilib.