- XƏBƏRLƏR -
12151 Arxiv
ADDA-nın kollektivi İTV-də “Dənizçi Günü”nə həsr olunmuş proqramda iştirak edib – VİDEO
2018.06.27 13:44

“İctimai” televiziyanın efirində yayımlanan “Yeni Gün” proqramı “Dənizçi Günü”nə həsr olunub.

Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, Gəmi mexanikası fakültəsinin dekanı Fazil Orucov, Karyera qrupunun rəhbəri Elxan Məmmədov və tələbələrin iştirakı baş tutan verlişdə dənizçiliyin tarixindən, dənizçi peşəsinin önəmindən, məsuliyyətindən, dənizçilərə dövlət dəstəyindən danışılıb.

Proqramda xalq artisti Mübariz Tağıyevin ifasında “Dənizçilər var olsun” marşı da səslənib.  

Verilişdə iştirak edən Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri Akademiyada onlara yaradılan şəraitdən, təhsilin keyfiyyətindən və dənizçiliyə sonsuz sevgilərindən bəhs ediblər.