- XƏBƏRLƏR -
2275 Arxiv
Beynəlxalq innovasiya müsabiqəsinə hazırlıq gedir
2018.04.18 16:00

Aprelin 18-də Azərbaycan Fransız Universitetinin (UFAZ) nümayəndəsi Elsanə Babaşova Dəniz Akademiyasında ActİnSpace beynəlxalq innovasiya müsabiqəsi haqqında prezentasiya ilə çıxış edib. Ali məktəblərarası əməkdaşlıq çərçivəsində Akademiyanın tələbələri ilə görüşən qonaq bildirib ki, Azərbaycanın istedadlı gənclərinin potensialının üzə çıxarılması və təbliği çox vacib məsələdir. Fransa Kosmik Agentliyinin təşəbbüsü ilə təşkil olunan müsabiqənin əsas məqsədi gənclərə sahibkarlıq vərdişlərini aşılamaq, onlara kosmik sənayenin geniş sosial və iqtisadı potensiala sahib olduğunu açıqlamaq və startapların yaradılmasının perspektivlərini təşviq etməkdən ibarətdir.

ActİnSpace beynəlxalq innovasiya müsabiqəsinin Azərbaycan turunda qalib olan komandanın iyunun 19-da Fransanın Tuluza şəhərində keçiriləcək beynəlxalq final mərhələsində iştirakı UFAZ tərəfindən təmin olunacaq.

Prezentasiyadan sonra müsabiqə barədə videofilm nümayiş olunub, E.Babaşova tələbələrin suallarına cavab verib.