- XƏBƏRLƏR -
7631 Arxiv
«Azərbaycanlıların soyqırımı» kitabı işıq üzü gördü
2018.04.17 16:16

2016-cı il martın 31-də Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə ADPU-də “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda elmi-praktik konfrans keçirilmiş və konfransda səslənən çıxışların əsasında kitab hazırlanması qərara alınmışdı.

Sonradan təşkilatçıların birgə hazırladığı ADPU-nin professor, müəllim və tələbələrinin, tarixçilərin konfransdakı çıxışları, mövzulara aid xeyli fotoşəkil toplanmış nəfis tərtibatlı «Azərbaycanlıların soyqırımı» adlı kitab işıq üzü görmüş və 2017-ci il aprelin 3-də Milli Azərbaycan Tarixi Muzeyində kitabın təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə Səbail rayonu 163 nömrəli tam orta məktəbinin direktoru Sevil Cavadova məktəb kollektivi adından kitabın ingilis dilinə tərcümə edilməsi və bu işin məktəb kollektivinə həvalə olunması təklifini irəli sürmüşdür.

Məktəbin ingilis dili müəllimlərinin, eləcə də “Qərb” Universiteti mütəxəssislərinin birgə səyi ilə kitab ingilis dilinə tərcümə edilərək Azərbaycan Dövlət İqtisad Universititinin dəstəyi ilə çap olunmuş və 2018-ci il mart ayının 28-də Səbail Rayon İcra Hakimiyyətində keçirilən dəyirmi masada ingilis dilinə tərcümə olunmuş «Azərbaycanlıların soyqırımı» kitabının təqdimatı keçirilmişdir.

 Təşkilatçılar ümid edirlər ki, ingilis dilinə tərcümə olunmuş «Azərbaycanlıların soyqırımı» kitabı 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları,   onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görüləcək işlərdə mühüm pol oynayacaqdır.

Kitabın azərbaycan dilindəki nüsxəsini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz.

https://cloud.mail.ru/stock/DRjoTWAgxupSeWkXHcocRNf6

Xəbər barədə ətraflı məlumatı Səbail Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsindən aşağıdakı keçid vasitəsilə əldə edə bilərsiniz.

http://www.sabail-ih.gov.az/news/540.html