- XƏBƏRLƏR -
7808 Arxiv
ADDA tələbələri Azərkitab KTM-də Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak edib
2018.03.31 15:00

Azərkitab Kitab Təbliğatı Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı təşkil olunmuş dəyirmi masada ADDA-nın Tələbə gənclər və Tələbə həmkarlar təşkilatlarının sədr və üzvləri iştirak ediblər.

Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 31 mart azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş vidfeo-çarx nümayiş edilib.

Tədbirdə çıxış edən Azərkitab Kitab Təbliğatı Mərkəzinin rəhbəri Sabir Həsənov 1918-ci ildə baş vermiş qanlı hadisələrin ermənilərin xalqımızın əleyhinə törətdikləri cinayət olduğunu və bu tarixin yaddaşımızdan heç vaxt silinməyəcəyini vurğulayıb.

Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev isə bildirib ki, tarixini bilməyən gənc vətənpərvər ola bilməz. Bu mənada o, xalqımızın keçdiyi qanlı-qadalı yolların gələcək nəsillərə ötürülməsində xeyli işlərin görüldüyünü, həmçinin xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırıması istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib.

Bakı Dövlət Universitetinin kafedra müdiri İradə Hüseynova bu vəhşilik və vandalizm hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi tarixindən söz açıb.

Xalq rəssamı Arif Hüseynov isə ötən əsrin 18-ci ilində baş verən soyqırımı hadisələrinin müasir dövrümüzə ən dəyərli fakt kimi çatdırılmasında təsviri sənət ustalarının əvəzsiz xidmətlərindən danışıb.