- XƏBƏRLƏR -
7543 Arxiv
Master klas dərsi marağa səbəb oldu
2017.10.19 14:00

19 okyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında ilk dəfə olaraq “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”  ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə “Gəmi daxili yanma mühərriklərinin nəzəriyyəsi” fənni üzrə “Gəmi energetik qurğuları və gəmiqayırma” kafedrasının müdiri t.ü.f.d., dos. A.Ş.İsmayılov tərəfindən Master klass dərsi keçirilib. Bu dərsi keçməkdə məqsəd gəmi dizellərinin işçi tsiklinin hesabında riyazi modelləşdirmənin tətbiq edilməsi yolu ilə az bir vaxtda, maddi itkilər olmadan mühərrikin istismar parametrlərinin optimal qiymətlərinin riyazi eksperimentlərlə müəyyən edilə bilməsini nümayiş etdirməkdir. Master klass dərsində tələbələrlə yanaşı Akademiyanın professor – müəllim heyətinin nümayəndələri, kafedra müdirləri, tədris və tərbiyə işləri üzrə prorektorlar da iştirak edib.

 Dərs zamanı gəmi dizellərinin işçi tsiklini hesablamaq üçün tərtib olunmuş hesablama metodikasının ümumi müddəaları, bu metodikanın kompyuterdə reallaşdırılması üçün “Fortran” alqoritmik dilində hazırlanmış proqram, kompyuterdə hesablamanın aparılması və alınan nəticələr nümayiş etdirilib. Bundan başqa, təqdim edilən proqramdan istifadə olunaraq “Gəncə” tankerinin 6L20 markalı dizel mühərrikinə aid riyazi eksperimentlərin nəticələrinin təhlil olunması yolu ilə yanacaq verilməsinin qabaqlama bucağının, yanacağın başlanğıc püskürmə təzyiqinin və istifadə olunan yanacağın növünün optimal qiymətlərinin təyin olunması izah edilib.  

Sonda tələbələrin və digər iştirakçıların sualları cavablandırılıb.