- XƏBƏRLƏR -
7776 Arxiv
Almaniya və Çexiyanın metrologiya institutunun ekspertləri ADDA-da
2017.10.26 17:37

26.10.2017-ci il tarixində Almaniya metrologiya institutunun (Fiziki-Texniki İnstitutu (PTB)) eksperti  İrene Flyuda,  Çexiyanın Çex Metroloji İnstitutunun eksperti Peter Kişka, Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent üzrə  Dövlət Komitəsi ilə  Azərbaycan Dövlət  Dəniz  Akademiyasının rəhbərliyinin və professor-müəllim heyətinin görüşü keçirilib.

 Bu görüşdə AR Standartlaşdırma Metrologiya və Patent üzrə  Dövlət Komitəsi, Çexiyanın Çex Metroloji İnstitutu və Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) tərəfindən  həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən  “Azərbaycan metrologiya sisteminin gücləndirilməsi” üzrə  Tvinninq  layihəsi çərçivəsində metrologiya sahəsi ilə bağlı hazırlanmış tədris proqramı (kurrikulum) nümunəsi təqdim olunaraq Akademiyanın professor-müəllim heyəti ilə müzakirə edilib.

Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Aparatının Metrologiya şöbəsinin müdir müavini Y.N.Həsənov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyətini vurğulayıb.

Akademiyanın tədris işləri üzrə prorektoru, professor Z.Z.Şərifov ADDA-nın rektoru Ç.M.Əliyevin səmimi salamını görüş iştirakçılarına çatdırıb, öz minnətdarlığını bildirib.

Görüş Akademiyanın rəhbərliyi və professor-müəllim heyətinin böyük marağına səbəb olub. Tədbir ümumi diskussiya və fikir mübadiləsi ilə davam edib.