- XƏBƏRLƏR -
4475 Arxiv
ADDA əməkdaşları qanvermə aksiyasında iştirak etdi
2017.05.05 10:00

    05 may 2017-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı HEYDƏR ƏLİYEVİN anadan olmasının 94-cü ildönümü münasibətilə YAP Səbail rayon təşkilatının təşəbbüsü, Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Səbail rayonunda “Qan ver, həyat xilas et!” şüarı altında qanvermə aksiyası keçirildi.

    Ümummilli Liderin əziz xatirəsinə həsr olunan xeyriyyə aksiyasında Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşları da iştirak edərək könüllü olaraq qan verdilər.