- XƏBƏRLƏR -
4668 Arxiv
Konfrans iştirakçıları Fəxri Xiyabanda
2017.05.05 11:00

   Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  beynəlxalq konfransda iştirak edən xarici ölkə alimləri akademiya əməkdaşları ilə birgə mayın 5-də Fəxri Xiyabana gələrək,  Ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər, məzarı önünə tər çiçəklər qoyublar.

  Sonra Şəhidlər Xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüblər.