- XƏBƏRLƏR -
8180 Arxiv
Akademiyada iməcilik keçirildi
2017.04.29 09:00

 

 

Aprelin 29-da Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bütün struktur bölmələrində olduğu kimi, Dəniz Akademiyasında da xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində ənənəvi iməcilik keçirilib. Akademiyanın hər iki korpusunda, yataqxanasında, Dənizçilik Kollecində təmizlik və səliqə-sahman işləri aparılıb, ağaclara qulluq edilib, ətraf ərazilər qaydaya salınıb.  Yüksək əhval-ruhiyyə ilə keçən iməcilik iştirakçılarda əsl bahar ovqatı yaradıb.