- XƏBƏRLƏR -
8039 Arxiv
ADDA-da 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB
2017.01.19 13:00

20 Yanvar –"Ümumxalq hüzn günü” münasibəti ilə ADDA-da mərasim keçirildi.

Mərasimi giriş sözü ilə açan Akademiyanın rektoru Çingiz Əliyev 1990-cı il 20 yanvar gününün xalqımızın öz azadlıgı uğrunda döyüşənlərin tarixi olduğunu vurğuladı. Bildirdi ki, o qanlı gündən 27 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlarda silinməz bir iz buraxmışlar. Onların mübarizliyi bugünkü gəncliyimizə nümunə məktəbidir. Bizim üçün o illərin qaranlıq səhifələri zaman keçdikcə aydınlaşır. Yüz illərdi ki, erməni hiyləgərliyi, xəyanəti xalqımıza bir bəladır. Onların şovinist təbliğat maşını hər gün fəaliyyətdədir. Biz, elm adamları, ziyalılar xalqın önündə olmalı, erməni vandalizmini dünya ictimaiyyətinə hər an çatdırmalıyıq.  

Daha sonra akademiyanın II kurs tələbəsi faciənin dünyaya çatdırılmasında Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolundan, xidmətlərindən danışdı.

Akademiyanın daha bir tələbəsi məruzə ilə çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ermənistan Respublikası tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması sahəsində gördüyü işlər haqqında danışdı.

Sonda faciənin acı nəticələrini əks etdirən sənədli filmə baxıldı.