- XƏBƏRLƏR -
8195 Arxiv
“Xəmsə” intellektual yarışı keçirildi
2016.12.11 13:00

11 dekabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında “Azərbaycanın İntellektual Birincisi” layihəsinin Bakı seçim turu keçirildi. Seçim turunda Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Sabunçu, Suraxanı, Binəqədi, Qaradağ rayonlarının gənc intellektualları iştirak etdi.

Səbail rayonunu “Xəmsə” intellektual yarışında Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrindən ibarət komanda təmsil edirdi. Sona qədər aparılan mübarizə nəticəsində Səbail rayonu yeddinci yerə layiq görülmüşdür. Sonda tələbələrimiz müvafiq sertifikatla təltif olundular.