- XƏBƏRLƏR -
8318 Arxiv
ADDA-da IV kurs tələbələri ilə iclas keçirilmişdir.
2016.10.06 11:00

Oktyabrın 6-7-də Akademiyada “Gəmi mexanikası”, “Gəmi elektrotexnikası” və “Dəniz naviqasiyası” fakültələrinin IV kurs tələbələri üçün buraxılış işlərinin vaxtında, keyfiyyətli yazılması və müvəffəqiyyətlə müdafiyəsini təmin edilmək məqsədilə rektorun rəhbərliyi altında, dekanların, dekan müavinlərin, tyütorların, kafedra müdirlərinin, ixtisas kafedra müəllimlərin, mövzular üzrə təsdiq olunan rəhbərlərin iştirakı ilə yığıncaq keçirilmişdir.

Yığıncaqda 2015/2016-cı tədris ilində Akademiyanın tələbələrin buraxılış işinin müdafiəsi, yeni tədris ilində buraxılış işləri məzmunca yeniləşdirilməsi və müasirləşdirilməsi məsələləri, buraxılış işlərinin rəhbərlərinin məsuliyyəti, buraxılış işlərinin quruluşu, hazırlanması və məzmunu, buraxılış yekun Dövlət attestasiyası üzrə qiymətləndirmə meyarları haqqında geniş məlumat verilmişdir.

Sonda tələbələrin çoxsaylı sualları cavablanmışdır.