- XƏBƏRLƏR -
8557 Arxiv
ADDA-da I kurs tələbələri arasında ümumpeşə hazırlığı fənləri üzrə olimpiada keçiriləcək!
2016.09.29 14:02

Azərbaycan Dövlət Dəniz Akademiyası

 

 

Əziz tələbələr!

 

I kurs tələbələri arasında ümumpeşə hazırlığı fənləri üzrə olimpiadada

iştirak etməyə dəvət edirik !

Olimpiada aşağıdakı fənlər üzrə keçiriləcəkdir:

  •  -Riyaziyyat
  •  -Fizika
  •  -İnformatika

 Olimpiada hər fənn üzrə ayrılıqda keçiriləcək və tələbə fənn üzrə qoyulmuş sualları yazılı şəkildə icra edib müsabiqə komissiyasına təqdim edəcəkdir.

Hər fənn üzrə yalnız bir qalib seçiləcəkdir.

Qeydiyyata düşmək üçün ADDA-nın Elmi-tətqiqat şöbəsinə yaxınlaşmağınız zəruridir. (otaq 207)

I kurs tələbələri arasında ümumpeşə hazırlığı fənləri üzrə (riyaziyyat, fizika, informatika) keçiriləcək olimpiadanın qaliblərinin mükafatlandırma qaydaları:

 

  1. Olimpiada hər fənn üzrə ayrılıqda keçiriləcək və tələbə fənn üzrə qoyulmuş sualları yazılı şəkildə icra edib müsabiqə komissiyasına təqdim edəcəkdir.
  2. Hər fənn üzrə I, II, III yerlərin qalibləri müəyyən olunacaq.
  3. Olimpiadada I yer tutan qaliblər 91-100 bal toplayan tələbələr arasından seçiləcəkdir. Həmin fənnin üzrə imtahanından azad ediləcəklər və birinci dərəcəli diplomla təltif ediləcəklər.
  4. II yerin qalibləri sertifikatlarla təltif ediləcək və kollokvium üzrə 10 ball, məşğələ üzrə 10 ball, sərbəst iş üzrə 10 ball qazanmış hesab ediləcəklər.
  5. III yerin qalibləri sertifikatlarla təltif ediləcəklər və kollokvium üzrə 5 ball, məşğələ üzrə 5 ball, sərbəst iş üzrə  5 ball qazanmış hesab ediləcəklər.

Müsabiqənin fənn üzrə qalibləri diplomlar və sertifikatlarla təltif olunacaqlar.

Müsabiqənin keçirilmə tarixi: 29 – 30 noyabr 2016-cı il saat 1500-da, Ünvan: (Az 1000, Bakı şəhəri, Zərifə Əliyeva küç 18).

Müsabiqə haqqında ətraflı məlumat:  

URL: www.adda.edu.az 

E-mail: science-asma@rambler.ru ; husniyya.qafarli@acsc.az

Faks:  (994-12)493-75-21, Tel.: 493-75-21, 493-36-44 (113).