- XƏBƏRLƏR -
8285 Arxiv
Estoniya Dənizçilik Akademiyasının nümayəndələri ADDA-da
2016.09.28 12:00

 

28 Sentyabr, 2016-cı il tarixdə Akademiyamız Estoniya Dənizçilik Akademiyasının Təlim Mərkəzinin direktoru Rasmus Hirtentreunu və Tədris işləri üzrə direktoru Katre Koiti qəbul etmişdir.

Qonaqlar ilk əvvəl Akademiyanın rektoru Çingiz Əliyev, Beynəlxalq əlaqələr və elmi işlər üzrə prorektor Zahid Şərifov, Dənizçilərin Hazırlanması və Sertifikatlandırılması Mərkəzinin direktoru Emin Manafovun iştirakı ilə keçirilən görüşdə müəssisələrarası əməkdaşlıq əlaqələrini müzakirə etdilər. Daha sonra qonaqlarımız Akademiyanın tədris trenajorları ilə, Akademiyanın muzeyi, ixtisaslaşmış auditorilarlar və yeməkxana ilə tanış oldular. Akademiyadan və bu səmimi görüşdən məmnun qaldıqlarını bildirən qonaqlar əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi arzusunda olduqlarını bildirdilər. Daha sonra qonaqlar ADDA-nın Dənizçilərin Hazırlanması və Sertifikatlandırılması Mərkəzi ilə tanış oldular.