- XƏBƏRLƏR -
10350 Arxiv
ADDA-da 15 sentyabr Bilik gününə həsr olunmuş tədbir keçirildi
2016.09.15 09:00

Sentyabrın 15-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ənənəvi olaraq Yeni tədris ilinin başlanmasını bildirən Bilik gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbiri Akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zahid Şərifov açıq elan edərək, öz təbrikini və ürək sözlərini söylədi. O, öz çıxışında qeyd etdi ki, bu günki gün bizim Akademiyanın divarları arasına ilk dəfə daxil olan birinci kurs tələbələri üçün daha həyəcanlıdır. Təhsilin inkişafında Ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin rolunun danılmaz olduğu vurğulandı. Diqqətə çatdırıldı ki, Akademiyanın İkinci tədris binası əsaslı təmin olunaraq tələbələrin və professor-müəllim heyətinin istifadəsinə verilib. Həmçinin bu il ADDA-nın tabeçiliyinə verilən Dənizçilik Kolleci əsaslı təmin olunaraq tələbələrin və professor-müəllim heyətinin istifadəsinə verildi. Bütün bu tədbirlərin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri cənab Rauf Vəliyevin böyük qayğısı və dəstəyi ilə həyata keçirildiyi vurğulandı. Çıxışda Azərbaycan Dövlət Dəniz Akademiyasının diplomunun Beynəlxalq səviyyədə tanınması vurğuladı. Nəzərə çatdırıldı ki, Akademiyaya yeni Radiolokasiya trenajoru (MARİBS–S / NTS pro 5000) alınıb. Tələbələrin pulsuz geyim forması,dərs vəsaitləri, gündə 2 dəfə isti yemək və yataqxana ilə təmin olunması diqqətə çatdırıldı. Həmçinin tədbir iştirakçılarının nəzərinə çatdırıldı ki, bu il Akademiyaya qəbul olunan tələbələr kifayət qədər yüksək bal toplamışlar. Belə ki, qəbul imtahanlarında 2 nəfər 600-dən yuxarı, 7 nəfər 500-600 arasında, 38 nəfər 400-500 arasında, 111 nəfər 300-400 arasında, 151 nəfər isə 200-300 arasında bal toplamışdır.

Daha sonra Azərbaycan Dövlət himni səsləndi.

Həyatda formalaşmaq və həyatda yer tutmaq üçün böyük zəhmət professor-müəllim heyətinin üzərinə düşür. Tələbələri təbrik etmək üçün söz verildi "Gəmi elektroavtomatika" kafedrasının müdiri, t.ü.f.d., dosent Səbinə Əhmmədovaya.

   Daha sonra öz ürək sözlərini bölüşmək üçün söz verildi ömrünü dənizçiliyə və dənizçi kadrların hazırlanmasına sərf etmiş pedaqoqumuz t.ü.f.d Hacı Babayevə.