- XƏBƏRLƏR -
10931 Arxiv
Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi saytının təqdimatı
2016.05.06 15:00

6 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının     93-cü il dönümünə həsr olunmuş “Dəniz Nəqliyyatında İnnovativ Texnologiyalar” mövzusunda XI ənənəvi  Beynəlxalq emi-texniki konfransın yekun iclası keçirildi. Tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin müşaviri Cabir Həsənov, ADDA-nın professor-müəllim heyəti və xarici ölkələrdən olan qonaqlar iştirak etdilər. Konfransın yekunu haqqında ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru,                    prof. Faiq Nağıyev məlumat verdi.

Tədbirin tərkib hissəsi olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi saytının təqdimatı nümayiş olundu. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbiyeva saytı təqdim etdi və yaranan sualları cavablandırdı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin müşaviri Cabir Həsənov tədbir iştirakçılarını salamlayaraq, keçirilən tədbirləri qənaətbəxş hesab etdi və Akademiyamızın gələcək fəaliyyətində uğurlar arzuladı.