- GƏMİ ELEKTROMEXANİKASI FAKÜLTƏSİ -

Fakültə Respublikada dənizçilik sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlığını aparır.

Faüultənin tərkibinə aşağıdakı kafedralar daxildir:

  • Gəmi elektroavtomatikası
  • İctimai fənlər və dillər

 

Fakültədə bakalavr və magistratura pillələrində aşağıdakı ixtisaslar üzrə hazırlıq aparılır:

  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  • Elektrik mühəndisliyi

 

Fakultənin məzunları yalnız Xəzər dənizində deyil, dünyanın bütün sularında üzən gəmilərdə, aparıc ıbeynəlxalq şirkətlərdə, o cümlədən elmi - tədqiqat İnstitutlarında şərəflə çalışırlar:

Təhsil müddəti əyani şöbənin bakalavr pilləsi üzrə 4 il, qiyabi şöbədə isə 5 ildir. Magistratura pilləsi üzrə əyani şöbədə 2 il.

“Elektrik mühəndisliyi”   ixtisası üzrə hazırlanan mütəxəssislər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin gəmilərində elektromexanik vəzifəsində və elektrik mühəndisliyi ixtisası üzrə gəmiçiliyin başqa müəssisələrində işləyə bilərlər. Akademiyanı əla və yaxşı qiymətlərlə bitirmiş tələbələr  ixtisasın magistr pilləsinə daxil ola bilərlər. Magistraturanı bitirmiş tələbələr isə  Azərbaycan Dövlət  Dəniz Akademiyasında və başqa müəssisələrdə o cümlədən Elmi- tədqiqat inistitutlarında işləyə bilərlər.

“Prosesslərin avtomatlaşdırılması mühəndisliyi”  ixtisası üzrə hazırlanan mütəxəssislər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin gəmilərində avtomatçı vəzifəsində və prosesslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə gəmiçiliyin başqa müəssisələrində işləyə bilərlər. Akademiyanı əla və yaxşı qiymətlərlə bitirmiş tələbələr  ixtisasın magistr pilləsinə daxil ola bilərlər. Magistraturanı bitirmiş tələbələr isə  Azərbaycan Dövlət Dəniz Akademiyasında və başqa müəsissələrdə o cümlədən elmi-tədqiqat inistitutlarında işləyə bilərlər.

Hal-hazırda “Gəmi elektromexanikası” fakültəsində 1 nəfər texnika elmləri doktoru, professor, 13 nəfər texnika üzrə fəlsəfə doktoru, dosent, 13 nəfər baş müəllim, 32 nəfər assistent və  4 nəfər tədris –köməkçi heyət işçisi çalışır.
Fakültə üzrə 260 nəfərədək tələbə təhsil alır.

 

Fakültənin dekanı:  Əsgərov Rafiq Xəlil oğlu 

Texnika üzrə fəlsəfə doktoru, dosent

Tel.:   (+99412) 

E-mail:   rafiq.asgarov@acsc.az

{images}