- GƏMİ MEXANİKASI VƏ ELEKTROMEXANİKASI FAKÜLTƏSİ -

“Gəmi mexanikası və elektromexanikası”  fakültəsi

“Gəmi mexanikası və elektromexanikası”  fakültəsi  “Dəniz texnikası və gəmiçilik” fakültəsinin bazasında yaradılmışdır. Bu Akademiyanın yaradılması tarixi ilə eyni dövrə təsadüf edir. Fakültə respublikada dənizçilik sahəsində aşağıdakı bakalavr və magistratura pillələri üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığını aparır:

  • Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Fakültənin tərkibinə aşağıdakı kafedralar daxildir:

  1. Gəmi energetik qurğuları
  2. Gəmi elektroavtomatikası
  3. Tətbiqi mexanika

Fakültəninin məzunları yalnız Xəzər dənizində deyil, dünyanın bütün sularında üzən gəmilərdə, aparıcı beynəlxalq  şirkətlərdə, limanlarda,  gəmi təmiri məssisələrində çalışırlar.

                                                                                                       
Əyani şöbənin bakalavr pilləsi üzrə təhsil müddəti 4 il, qiyabi şöbədə isə 5 ildir. Magistratura pilləsi üzrə əyani şöbədə 2 il, qiyabi şöbədə isə 2.5 ildir.


“Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssislər gəmi daxiliyanma mühəriklərinin və energetik qurğularının  istismarı sahəsində çalışa bilərlər. Təhsil aldıqları dövrdə ali təhsil diplomu ilə yanaşı işçi diplom və müvafiq sertifikatlar alırlar ki, bu da məzunlara Azərbaycanın və xarici ölkələrin gəmiçilik şirkətlərində gəmi mexaniki və ya növbətçi mexanik kimi işləməyə imkan verir.

“Elektrik mühəndisliyi”   ixtisası üzrə hazırlanan mütəxəssislər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin gəmilərində elektromexanik vəzifəsində və elektrik mühəndisliyi ixtisası üzrə gəmiçiliyin başqa müəssisələrində işləyə bilərlər. Akademiyanı əla və yaxşı qiymətlərlə bitirmiş tələbələr  ixtisasın magistr pilləsinə daxil ola bilərlər. Magistraturanı bitirmiş tələbələr isə  Azərbaycan Dövlət  Dəniz Akademiyasında və başqa müəssisələrdə o cümlədən Elmi- tədqiqat inistitutlarında işləyə bilərlər.

“Prosesslərin avtomatlaşdırılması mühəndisliyi”  ixtisası üzrə hazırlanan mütəxəssislər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin gəmilərində avtomatçı vəzifəsində və prosesslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə gəmiçiliyin başqa müəssisələrində işləyə bilərlər. Akademiyanı əla və yaxşı qiymətlərlə bitirmiş tələbələr  ixtisasın magistr pilləsinə daxil ola bilərlər. Magistraturanı bitirmiş tələbələr isə  Azərbaycan Dövlət Dəniz Akademiyasında və başqa müəsissələrdə o cümlədən elmi-tədqiqat institutlarında işləyə bilərlər.

“Gəmi mexanikası və elektromexanikası”  fakültəsində əyani şöbə üzrə  487 tələbə, qiyabi şöbə üzrə 13 tələbə və 12 magistrant təhsil alır.

Fakültədə tədris prosesində  1 -  t.e.d. professor,  21 - t.ü.f.d.  dosent,  21 – baş müəllim,  7 – assistent,  2 – baş laborant,  1 – laborant, 1 – laboratoriya müdiri və  1 – tədris ustası  iştirak edirlər.


Fakültənin dekanı:  Əsgərov Rafiq Xəlil oğlu 

Texnika üzrə fəlsəfə doktoru, dosent

Tel.:   (+99450) 278 06 02

E-mail:   rafiq.asgarov@acsc.az

{images}