- MƏTBƏƏ -

Mətbəə Azərbaycan Dövlət Dəniz Akademiyasının bir struktur bölməsi olub, Beynəlxalq əlaqələr və elmi işlər üzrə prorektora tabedir.

Mətbəədə nəşriyyat-poliqrafiya sahəsində böyük təcrübəyə və mükəmməl biliyə malik işçilər çalışır.

Mətbəənin texniki təchizatı:

- 2 ədəd ən yeni “ProDesk 400 G2 Corei5 3GHz 500 gb” tipli kompyuterlə təchiz edilmişdir ki, bu da müasir kompyuter proqramları ilə işləməyə  imkan verir.

- “Xerox-7830” tipli müasir rəngli çap işini aparmağa imkan verən ən yeni printerlər sinifindəndir.

- “Duplo DP-430e” tipli ağ-qara çap maşını vardır ki, 6 dəyişən sürətlə müxtəlif rejimlərdə, A3 formatlı (və ondan çox kiçik formatlarda) çap işlərini yerinə yetirməyə imkan verir.

- Paket laminasiya aparatında A3 formatdan kiçik ölçüdə kağızın üzərinə isti halda 0,25mkm¸250mkm qədər plyonka çəkmək mümkündür.

- Dəftərtikən aparatla 130 səhifəyə qədər dəftər tipli məlumatlar tikilir.

- Fastbind Elite cildləmə aparatının köməyi ilə yumşaq və ya sərt  cildli kitabları tikmədən istifadə etmədən etibarlı və operativ cildləmək mümkündür. Onun köməyi ilə 4 sm-ə qədər qalınlıqda A3 formata qədər ölşüdə jurnal, kitab və broşürlər hazırlanır.

- Xerox WorkCentre 3335 printeri ayda 50000 nüsxəyə qədər cap etməyə imkan verən unversal qurğudur. 600x600 dpi sıxlıqlı skaner, surətçıxarma və 1200x1200 dpi sıxlıqda 60-200 q/m2 qalınlıqda müxtəlif tipli kağızlarda çap imkanına malikdir.

- GMP 355 laminator çap məhsullarının laminasiyası üçün peşəkar bir rulon laminatorudur. Inteqral infraqırmızı istilik elementi olan 6 ədəd silikon vala, temperaturun və sürətin rəqəmsal tənzimlənməsinə malikdir.  Laminator saatda  A3 formatında 200 vərəq laminasiya etməyə imkan verir.

- A350 perforasiya aparatı dörd fərqli dəyişdirici zolaq sayəsində lazım olan iş üçün asanlıqla sazlana  bilir. Bunun vasitəsilə 60-300 q/m2 qalınlığına qədər kağızı biqovka və perforasiya etmək mümkündür. Biqovka və perforasiya alətləri asanlıqla dəyişdirilir.

- ASSİS  A-806 aparatı 12 vərəqə qədər perforasiya və 250 vərəqə qədər kitabçaların, broşürlərin plastik yayla hazırlanması üçün idealdır. A3 formata qədər kitabçaları asanlıqla  bağlamaq olur. 

- Boway BW-480Z3 kağız kəsicisi proqramlaşdırma qabiliyyətli kifayət qədər yığcam elektrik kəsicidir. Bu kəsici 480 sm enində və 4 sm hündürlüyündə istənilən kağız məmulatını kəsməyə imkan verir. İnfraqırmızı kəsmə xətti və təhlükəsizliyi təmin edən sensorlarla  təchiz edilmişdir.

Mətbəənin gördüyü işlər:

Mətbəə Akademiyanın bütün strukturlarının nəşriyyat-poliqrafiya işlərini yerinə yetirmək gücünə malikdir.

İl ərzində 200000 nüsxədən çox sürətçıxarma işi, dərslik və dərs vəsaitləri, 10000-dən çox mühazirə konspekti, fənn proqramları, tədris prosesinə lazım olan çap materialları, ADDA-nın Elmi əsərləri” məcmuəsi, monoqrafiyalar və s. hazırlayır.