- ELEKTRIK VƏ ELEKTRONIKA MÜHƏNDISLIYI (Su nəqliyyatı üzrə) -

“Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində mütəxəssis hazırlığı Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının (BDT-İMO) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ əlavələr edilmiş) Beynəlxalq Konvensiyanın (A-III/6 bölməsinin), tələblərinə uyğun olaraq həyata keçirilir.

Bu  ixtisas üzrə təhsil alan tələbələr ixtisasın peşə fənləri ilə yanaşı gəmidə növbəçəkmə və gəmi elektriki hazırlığı, gəmi  avtomatlaşdırılmış elektroenergetika sistemləri, gəmi avtomatlaşdırılmış elektrik intiqalı, gəmi energetik və elektrik qurğularının avtomatik  idarə sistemləri, elektrik avadanlığının diaqnostikası və gəmi elektrik avadanlığının texniki istismarını öyrənirlər. Tədris prossesi ixtisaslaşdırılmış auditoriyalarda, laboratoriyalarda, trenajorlarda və tədris gəmisində təşkil olunur.

Bu ixtisası uğurla bitirən məzunlar gəmiqayırma və gəmi təmiri müəssisələrində mühəndis, dünyada Beynəlxalq Dəniz Təşkilatının üzvü olan dövlətlərin bayrağı altında üzən bütün gəmiçilik şirkətlərinin gəmilərində elektrik mexaniki vəzifələrində çalışa bilərlər.