- GƏMİQAYIRMA VƏ GƏMİ TƏMİRİ MÜHƏNDİSLİYİ -

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr ümumpeşə hazırlığı fənləri ilə yanaşı ixtisaslaşmaya aid gəmilərin quruluşunu, üzmə keyfiyyətlərini, gəmi gövdəsinin konstruksiyalarını, gövdə konstruksiyalarının qaynaq texnologiyasını, gövdənin korroziyadan mühafizə tədbirlərini, gəmi inşaat mexanikasını, gəmiqayırma və gəmi təmiri texnologiyasını, gəmilərin layihələndirilməsini, avtomatik layihələndirmə sistemlərini və bu sahədə tətbiq edilən xüsusi müasir proqram təminatlarını (CADMATIC, Autodesk Inventor, AutoCad) öyrənirlər. Tədris prossesi ixtisaslaşdırılmış auditoriya və laboratoriyalarda təşkil olunur.

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə məzun olanlar bu sahədə fəaliyyət göstərn müəssiə və təşkilatlarda mühəndis, texnoloq, konstruktor və s. vəzifələrdə çalışa bilərlər.