Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsi Azərbaycan Dövlət Dəniz Akademiyasının struktur bölməsidir. Şöbə akademiyanın fakültələri, kafedraları, tədqiqat laboratoriyaları, mərkəzləri və digər struktur bölmələri ilə birlikdə Azərbaycan Respublikasının qanunvericiliyi, Akademiyanın Nizamnaməsi, Elmi Şuranın qərarları və rektorun əmrlərinə uyğun olaraq fəaliyyət göstərir.
Şöbənin əsas funksiyaları: Akademiyada elmi-tədqiqat işlərinin planlaşdırılması, əldə edilmiş elmi-tədqiqat nəticələrinin praktik tətbiqinin təşkili, professor-müəllim heyətinin tədqiqat materiallarının, elmi konfransların və simpoziumların materiallarının çapa hazırlanması, Azərbaycan Respublikasının qanunvericiliyinə, Akademiyanın əsasnaməsinə və özünün fəaliyyət xüsusiyyyətlərinə uyğun olaraq, xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatlar, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələrin yaradılması, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələrin və beynəlxalq səviyyəli elm və təhsil layihələrinin hazırlanmasında iştirak, bağlanan beynəlxalq müqavilələr əsasında müəllimlərin, tələbələrin, magistrant və doktorantların mübadiləsi, səlahiyyətinə aid olan məsələlər üzrə beynəlxalq tədbirlərdə, konfranslarda, simpoziumlarda, görüşlərdə Azərbaycan Dövlət Dəniz Akademiyasını təmsil etmək, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin əcnəbi tələbələr haqqında məlumatlandırılması, Akademiyaya daxil olan əcnəbi tələbələrin müvəqqəti yaşama sənədlərinin toplanaraq miqrasiya xidmətinə təhvil verilməsi.
Şöbənin fəaliyyət istiqamətləri:
Tel: (+99412)
Mob:
E-mail: science-asma@rambler.ru