- ƏCNƏBİ TƏLƏBƏLƏRİN QƏBULU QAYDALARI -

Azərbaycan Dövlət Dəniz Akademiyasına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:

  • Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil, elm, mədəniyyət  sahələrində əməkdaşlıq haqqında hökumətlər və idarələrarası sazişlər əsasında;          
  • Təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında;
  • Qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına;
  • Təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, digər müəssisələri, vətəndaşları və s. ilə bağladıqları müqavilələr əsasında.

 

Akademiyada tədris Azərbaycan,Ingilis və Rus dillərində, əyani formada aparılır.  Yeni tədris ili sentyabrın 15-dən başlayır. Bakalavr pilləsində təhsil müddəti 4 il, magistr pilləsində isə 2 ildir.

Akademiyanın və digər universitetlərin məzunları üçün dənizçilik profilinin əsas ixtisaslarından biri üzrə ikinci ali təhsil almaq imkanı var. Tələbələr nəzəri diplomla yanaşı işçi diplom və beynəlxalq səviyyəli sertifikatlarla da təmin olunurlar.

Təhsil ödənişlidir. Təhsil haqqı 3000 ABŞ dollarıdır . Akademiyada təhsil aldığınız müddətdə siz tələbə yataqxanasında yerlə, yeməklə və geyimlə təmin olunacaqsınız. 

Akademiyada Azərbaycan dili və İngilis dili üzrə hazırlıq kursları (ödənişli ) təşkil olunur.

 

İlkin mərhələdə (e-mail və ya faks ilə):

 

-  pasportun surəti

-  orta təhsil haqqında sənədin (attestat və ya diplom) surəti

-  bakalavr diplomunun surəti (yalnız magistraturaya qəbul olanlar üçün)

 

Növbəti mərhələdə:

 

-  rektorun adına ərizə

-  orta təhsil haqqında sənədin (attestat və ya diplom) əsli

-  orta təhsil haqqında sənədə əlavənin əsli

-  pasportun əsli və viza olan səhifələrin surəti

-  qırmızı fonda 8 ədəd rəngli fotoşəkil (3x4 ölçüdə)

-  sağlamlıq haqqında arayış (Akademiya üçün gəldiyi ölkədən müvafiq tibbi qurumda tibbi yoxlamanın nəticəsi arayış formasında təqdim edilir, Miqrasiya xidməti üçün-Bakı şəhərində yerləşən İnternational Medical Center-dən tibbi yoxlamanın nəticəsi arayış formasında təqdim edilir )

-  bakalavr diplomunun və diploma əlavənin əsli (yalnız magistraturaya qəbul olanlar üçün)

 

Qeyd: bütün sənədlər tərcümə olunaraq notariusda təsdiq edilməlidir.

Əyani şöbədə təhsil alan əcnəbi tələbələrin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatı aparılır və bir illik müvəqqəti yaşamaq hüququ verilir.

Online qeydiyyat üçün http://www.portal.edu.az   

Əlaqə üçün:

e-mail: monika.huseynli@asco.az 

Tel     : +994-513-880-104