- BEYNƏLXALQ ƏLAQƏLƏR QRUPU -
  • Əsas funksiyaları: Azərbaycan Respublikasının qanunvericiliyinəAkademiyanın əsasnaməsinə və özünün fəaliyyət xüsusiyyyətlərinə uyğun olaraq, xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatlar, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yaradır, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlayır. Beynəlxalq səviyyəli elm və təhsil layihələrinin hazırlanmasında iştirak edir. Bağlanan beynəlxalq müqavilələr əsasında müəllimlərin, elmi işçilərin, tələbələrin, magistrant və doktorantların mübadiləsini həyata keçirir. Səlahiyyətinə aid olan məsələlər üzrə beynəlxalq tədbirlərdə, konfranslarda, simpoziumlarda, görüşlərdə Azərbaycan Dövlət Dəniz Akademiyasını təmsil edir. Beynəlxalq Dəniz Təşkilatı ilə işgüzar əlaqələr yaradır və məqsədyönlü iş aparır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq edir və əcnəbi tələbələr haqqında onları məlumatlandırır. Akademiyaya daxil olan əcnəbi tələbələrin müvəqqəti yaşamaq üçün sənədlərini toplayır və miqrasiya xidmətinə təhvil verir.

 Azərbaycan Dövlət Dəniz Akademiyasının beynəlxalq əlaqələr qrupunun fəaliyyət istiqamətləri:

  1. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq;
  2. Beynəlxalq təhsil proqramlarında ADDA-nın iştirakı;
  3. Xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə əməkdaşlıq;
  4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xarici Əlaqələr şöbəsi, Dövlət Miqrasiya Xidməti ilə mütəmadi olaraq əlaqə saxlanılması;
  5. ADDA-nın tələbə, magistrant və doktorantlarının xarici ölkə universitetlərində mobilliyinin təşkili;
  6. Əcnəbi vətəndaşların ADDA-da təhsilinin təşkili;
  7. Akademiyada keçirilən konfranslarda, seminarlarda, simpoziumlarda xarici müəllimlərin iştirakının təşkil edilməsi, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda və seminarlarda ADDA-nın əməkdaşlarının iştirakının təmin edilməsi.

 Xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə əməkdaşlıq

  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq beynəlxalq əlaqələr qurumu ilə əlaqələndirmək yolu ilə ölkəmizdə olan xarici ölkə səfirləri ilə mütəmadi olaraq görüşlərin keçirilməsi, onların vasitəsilə Akademiya haqqında xaricdə daha tam və dolğun məlumat yayılmasına nail olunması.

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xarici Əlaqələr şöbəsi, Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlanılması

  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi beynəlxalq və əcnəbi tələbələr ilə bağlı tədbirlərdə Akademiyanın təmsil edilməsi;
  • Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edərək, əcnəbi tələbələr haqqında nazirliyə məlumat verilməsi;
  • Akademiyaya daxil olan əcnəbi tələbələrin müvəqqəti yaşamaq üçün sənədlərinin toplanması və Dövlət Miqrasiya Xidmətinə təhvil verilməsi, tələbələrin ilkin 90 günlük  və ya 1 il müddətinə qeydiyyatdan keçirilməsinə yardımçı olması;

 ADDA-nın tələbə, magistrant və doktorantlarının xarici ölkə universitetlərində təhsil alması

  • Bağlanan müqavilələr, beynəlxalq proqramlar əsasında Akademiyanın tələbə, magistrant, doktorant və dissertantlarının xaricdə təhsil almasının təşkil edilməsi;
  • Akademiyanın tələbələrinin, magistrant, doktorant və dissertantlarının xaricdə staj keçməsini təşkil və təmin edilməsi;

  Əcnəbi vətəndaşların ADDA-da təhsilinin təşkili

  • Akademiyaya daxil olan əcnəbi tələbələrin müvəqqəti yaşamaq üçün sənədlərinin toplanması və Dövlət Miqrasiya Xidmətinə təhvil verilməsi;
  • Əcnəbi tələbələr haqqında mütəmadi olaraq Təhsil Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə məlumat verilməsi;
  • Əcnəbi tələbələrlə əlaqədar şöbəyə daxil olan məktubların cavablandırılması;
  • Keçirilən tədbirlər, simpoziumlar, konfranslar, seminarlar haqqında əcnəbi tələbələrin məlumatlandırılması;
  • Təhsil Nazirliyində əcnəbi tələbələrlə iş üzrə keçirilən tədbirlərdə, iclaslarda Akademiyanın təmsil edilməsi;

 Professor-müəllim heyətinin müxtəlif beynəlxalq konfranslarda iştirakının təmin edilməsi

  • Akademiyanın professor-müəllim heyətinin xarici təhsil müəssisələrində mühazirələr oxumasının təşkil edilməsi;
  • Akademiyanın tələbə, magistrant, doktorant və dissertantlarının xaricdə keçirilən elmi konfranslara və seminarlara getmələrinin təşkil edilməsi;
  • Xarici ölkə alimlərini Akademiyada keçirilən elmi konfranslara, seminarlara dəvət edilməsi;
  • Xarici ölkələrin qabaqcıl alimlərini və yüksək ixtisaslı mütəxəssilərini Akademiyada mühazirələr oxumaları üçün dəvət edilməsi.

Akademiyanın beynəlxalq əlaqələrini aşağıdakı qrup həyata keçirir:

  • Beynəlxalq əlaqələr üzrə mütəxəssis
  • Əcnəbi tələbələr üzrə mütəxəssis

 Ünvanımız:

Azərbaycan Dövlət Dəniz Akademiyası

Zərifə Əliyeva 18

2-ci mərtəbə, 207-ci otaq 

Əlaqə:

Tel:   (+99412) 4933644     (113/ 125)

E-mail:   i.relations.asma@gmail.com