- TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ -

ADDA-da Tələbə Elmi Cəmiyyəti 2002-ci ildə yaradılıb.

Tələbələr elmi işə Tələbə Elmi Cəmiyyəti vasitəsilə cəlb edilir. Hər il tələbə elmi konfransları keçirilir. Tələbə elmi cəmiyyəti xətti ilə keçirilən tədbirlərdə tələbələr elmi yaradıcılığa həvəsləndirilir, onların  dünyagörüşünün inkişaf  etdirilməsinə,  öz fikirlərinin  sərbəst və aydın ifadə edilməsinə şərait yaradılır.

“Dil-karyeraya gedən yol” ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsi 

Azərbaycan Dövlət Dəniz Akademiyasında ənənəvi “Dil-karyeraya gedən yol” ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsi keçirilir.

“Dil-karyeraya gedən yol”  mövzusunun ildən-ilə artan aktuallığı və tələbə kontingenti arasında yüksək reytinq qazanması, respublika ali məktəblərinin müsabiqəyə çox böyük maraq və tələbatının olmasıdır ki, ADDA  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə bu müsabiqədə daha geniş miqyasda tələbə gənclər üçün öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradır.

Hər bir müsabiqə iştirakçısı istənilən mövzuda 4 dəqiqəyədək ingilis dilində prezentasiyaetmə qabiliyyətini nümayiş etdirməlidir və münsiflər heyətinin ona ünvanlandırdığı suallara cavab verməlidir. Mövzu aktuallığı və seçimi,  təqdimatı, ingilis dil bilik və bacarıqları nəzərə alınaraq hər bir iştirakçı münsiflər heyəti tərəfindən qiymətləndirilir.

I yerin qalibinə - 1-ci dərəcəli diplom və noutbuk, II yerin qalibinə - 2-ci dərəcəli diplom və planşet, III yerin qalibinə - 3-cü dərəcəli diplom və mobil telefon, digər iştirakçılara isə sertifikatlar təqdim olunur.

I-II kurs tələbələri arasında ümumpeşə hazırlığı fənləri üzrə (riyaziyyat, fizika və informatika)

O L İ M P İ A D A

Hər il ADDA-nın I və II kurs tələbələri arasında ümumpeşə hazırlığı fənləri üzrə olimpiada keçirilir. Tələbələrə öz intellektual bacarıqlarını maksimum açmağa imkan yaradılması, elmdə və təhsildə qabiliyyətli, istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyan olimpiada 3 fənn – riyaziyyat, fizika və informatika fənləri üzrə təşkil olunur. Hər fənn üzrə ayrılıqda keçirilən bilik yarışmasında gənclər qoyulmuş sualları yazılı şəkildə cavablandırıb müsabiqə komissiyasına təqdim edirər. Yazılar yoxlandıqdan sonra müsabiqə komissiyası qalibləri elan edir. Yüksək nəticə göstərən I – III dərəcəli diplomlara layiq görülürlər.