- ELMİ JURNAL -

Azərbaycan Dövlət Dəniz Akademiyasının ELMİ ƏSƏRLƏRİ

 Məcmuəmiz

ADDA-nın “Elmi Əsərləri” jurnalı  İSSN 2220-1025 indeksi altında təsdiqlənib. Elmi-texniki jurnal AAK-ın dövri elmi nəşrləri siyahısına daxildir və elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələrini dərc edir. Dörd bölmə üzrə fəaliyyət göstərən məcmuənin il ərzində iki nömrəsi çapa buraxılır. Redaksiya heyətinin 7 üzvü xarici ölkə alimlərindən ibarətdir. Xarici ölkə alimlərinin konfranslarımızda və elmi məcmuəmizdə iştirakı artmışdır.

 

Baş redaktor

i.ü.f.d., dos. H.X.Əsədov

 

       Redaksiya heyəti       

t.ü.f.d., dos. V.B.Sadıqov

Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor

(elmi redaktor)

 

t.e.d., prof. V. V. Panin

Dövlət İnfrastruktura və texnologiya

Universitetinin rektoru

(Ukrayna)

 t.e.d., prof. S.Q. Çulkin

adm. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti

 (Rusiya)

t.e.d., prof. O.A. Farxi

Varna Texniki Universiteti

 (Bolqarıstan)

t.e.d., prof. A.S. Vaskov

Uşakov adına Dövlət Dəniz Universiteti

(Rusiya)

t.e.d., prof. V. Priednieks

Latviya Dəniz Akademiyası

(Latviya)

t.ü.f.d., dos. E.D.Məmmədov (məsul katib)

 

 

Bölmələr üzrə redaktorlar: 

 

Gəmiqayırma və gəmi təmiri texnologiyası t.e.d., prof. A.T.Məmmədov;  t.e.d., prof. N.Ş.İsmayılov. 

  

Gəmiçilik və su nəqliyyatının istismarı

 

t.e.d., prof. Z.Ə.Rüstəmov; t.ü.f.d., dos. E.O.Abbasov; t.ü.f.d dos. F.M.Kəlbiyev

Gəmiçilik texnikası

 

  

t.e.d., prof. A.M.Qafarov; t.ü.f.d., dos. E.F.Sultanov; t.ü.f.d., dos. A.Ş.İsmayılov; t.e.d., prof. F.A.Vaskeviç (Rusiya);  t.e.d., prof. A.Y.Samoylenko (Rusiya). 

 

Gəmiçilikdə təbiət elmləri problemləri t.e.d., prof. V.P.Buşlanov (Rusiya);  t.e.d., prof. V.H.Həsənov; r.ü.f.d., dos. B.K.Ağarzayev



                                                                                                                                                                                                                                                        

   

  

   

Redaksiya:

E-mail: elvina.abdullayeva@asco.az ; science-asma@rambler.ru 

http://adda.edu.az

Yükləmək üçün link: 

2018-ci il    Proceedings of ASMA.pdf ; Proceedings of ASMA-2 

2019-cu il  Proceedings of ASMA-2019 n1Proceedings of ASMA-2019 n2

2020-ci il   Proceedings of ASMA-2020 n1

2020-ci il   Proceedings of ASMA-2020 n2

2021-ci il   Proceedings of ASMA-2021 n1

2021-ci il   Proceedings of ASMA-2021 n2

2022-ci il   Proceedings of ASMA-2022 n1

2022-ci il   Proceedings of ASMA-2022 n2

2023-cü il  Proceedings of ASMA-2023 n1

2023-cü il  Proceedings of ASMA-2023 n2

 

“ADDA-nın  Elmi Əsərləri” jurnalı AAK-ın nüfuzlu elmi nəşrləri siyahısına daxildir və elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələrini dərc edir.

 ISSN 2220-1025

Qeydiyyat nömrəsi - 311, ildə iki nömrə nəşr edilir. 

Son iki ildə «ADDA-nın Elmi Əsərləri» adlı elmi-texniki jurnalından savayı ADDA-da keçirilən professor-müəllim və tələbə, magistr və gənc tədqiqatçıların konfranslarının  toplusu dərc olunur.

MƏQALƏLƏRİN TƏRTİBİ QAYDALARI 

  1. Əlyazma A4(210x297mm) formatlı, yuxarı və aşağıdan 25 mm, soldan və sağdan 20 mm boş yer saxlamaqla çap olunur. Əlyazmanın həcmi 8-10 səhifədən çox olmamalıdır.
  2. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar göstərilməlidir.
  3. Məqalə üç dildə - azərbaycan, rus və ingilis dillərində çap oluna bilər. Məqalədə xülasə 3 dildə və 100-150 söz aralığında verilməlidir. Müxtəlif dillərdə olan xülasələrin mətnləri eyni və məqalənin məzmununa uyğun olmalıdır. Açar sözlər üç dildə - azərbaycan, rus və ingilis dillərində verilməlidir (5 sözdən az olmamaqla).
  4. Məqalənin mətni azərbaycan dilində - latın, rus dilində - kiril, ingilis dilində - ingilis əlifbası ilə Times New Roman versiyasında 12 şrift ilə, bir intervalla yığılmalıdır.
  5. Tənliklər və düsturlar mətndən bir boş sətirlə ayrılmalıdır.
  6. Düsturları, ardıcıl olaraq, sətrin sağ tərəfində dairəvi mötərizələrdə yerləşdirilmiş ərəb rəqəmləri ilə nömrələmək lazımdır.
  7. Simvolların və ədədi əmsalların izahı bilavasitə düsturun altında, onların düsturda rast gəlindiyi ardıcıllıqla verilməlidir.
  8. Məqalənin nəticələrində, elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və alınan əsas nəticələr aydın şəkildə verilməlidir.
  9. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad olunan ədəbiyyatların mətndə rast gə­­­lin­diyi ardıcılıqla verilməlidir. Onlara istinad [1] və ya [1, s.119] kimi işarə olunmalıdır. Ədə­­biy­yat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük veril­­­mə­lidir.
  10. Məqalədə müəllif(lər)in işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstə­ril­məlidir.
  11. Məqalənin sonunda məqaləni çapa tövsiyə edən müəssisənin elmi şurasının müvafiq iclas protokolunun nömrəsi və uyğun tarixi qeyd olunmalıdır.
  12. Müəllif(lər) məqalənin çap olunması üçün yazılı surətdə razılıq verməlidir(lər).
  13. Səhifələr vərəqin sağ tərəfdəki aşağı küncündə karandaşla nömrələnməlidir.
  14. Əlyazmada aşağıdakı ardıcıllıq gözlənməlidir:
  • UOT indeks(qalın, 11 ölçü, böyük hərflərlə, məqalənin yuxarısında, sol hissədə abzas­dan ya­zıl­­malı);
  • məqalənin adı(qalın, 12 olçü, böyük hərflərlə yazılmalı, UOT indekslə məqalənin adı arasında iki interval buraxılmalıdır);
  • müəllif(lər)in soyadı, adı, atasının adı (qalın, 12 olçü, kiçik hərflərlə yazılmalı, məqalənin adı ilə mü­əl­lif(lər)in soyadı arasında bir interval buraxmalıdır);
  • təşkilatın adı, ünvanı, E-mail (12 olçü, kursiv, kiçik hərflərlə yazılmalı, müəllif(lər)in soyadı ilə təşkilatın adı, ünvanı, E-mail arasında bir interval buraxılmalıdır);
  • Xülasə
  • Abstract
  • Аннотация
  • Açar sözlər
  • Key words
  • Ключевые слова
  • Giriş
  • Məsələnin qoyuluşu
  • Alınmış nəticələrin analizi
  • Nəticə
  • İstifadə olunmuş ədəbiyyat
  1. Mövzu və müəllifin adı, soyadı, ata adı ingilis dilinə tərcümə olunmalıdır.
  2. Məqaləyə rəy (müəllif professor deyilsə) və antiplagiat tələb olunur.
  3. Əlyazmalar 2 nüsxədə və elektron variantda təqdim olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Web of Science bazasının üç sitatgətirmə sistemindən hər hansı birinə daxil olan jurnalları birmənalı şəkildə nüfuzlu xarici elmi jurnallar hesab edir.

Dəqiq, təbiət  və texniki elmlər üzrə:

http://mjl.clarivate.com/cgi-bin/jrnlst/jlresults.cgi?PC=D