- TƏLİM TƏDRİS MƏRKƏZİ (TTM) -

AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ – TƏLİM TƏDRİS MƏRKƏZİ

 

Dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılması haqqında beynəlxalq standartların tələblərini nəzərə alaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin “31” yanvar 2014-cü il tarixli 08 saylı əmrinə əsasən İstehsalat Xidmətləri İdarəsinin tərkibində Təlim-Tədris Mərkəzi yaradılmışdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin 11 fevral 2015-ci il tarixli 31 №-li əmrinə əsasən İstehsalat Xidmətləri İdarəsinin Təlim-Tədris Mərkəzi 02.03.2015-ci il tarixindən Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibinə daxil olmuşdur.

Səlyan şosesi 23 ünvanda yerləşən Təlim-Tədris Mərkəzinin ikimərtəbəli inzibati binası müasir auditoriyalardan ibarət olmaqla, həmçinin ən son model trenajor və dənizçilik avadanlıqları ilə təchiz edilmişdir. Eyni zamanda Kazım Kazımzadə küçəsi 127 ünvanda yerləşən AXDG QSC-yə aid 6 mərtəbəli yeni təmirdən çıxmış binanın III və IV mərtəbələridə bir başa olaraq Təlim-Tədris Mərkəzinin istifadəsinə verilmişdir.

Bu qısa zaman içində Təlim-Tədris Mərkəzində fəaliyyət prosesləri təkmilləşdirilmiş, yeni, peşəkar işçi komandası formalaşdırılmış, tədris proqramları və dərs vəsaitləri müvafiq standartlar uyğunlaşdırılmış, yeni tərəfdaşlarla görüşlər keçirılmiş və digər təkmilləşdirmə işləri aparılmışdır.

Təlim Tədris Mərkəzində Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və  qiymətləndirilməsi xidmətləri göstərilir. 

Akkreditasiyalarimiz:

Mərkəzimiz mütəxlif beynəlxalq təşkilatlardan sertifikatlar almış və təlim keyfiyyətini yüksək səviyyədə təşkil etmişdir. 

Təlim Tədirs Mərkəzində keçirilən təlimlər bir başa olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnoloqiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Amerika Gəmiçilik Bürosu (American Bureau of Shipping-ABS) tərəfindən akreditasiya edilmişdir.

Təlim Tədris Mərkəzi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi İSO 9001:2015 standartına uyğun fəaliyyətini təşkil etmiş və “Bureau Veritas”  Beynəlxalq Sertifikatalaşdırma təşkilatı tərəfindən audit olunaraq Sertifikata layiq görülmüşdür.

Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Məlumat üçün bildirək ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir. Beləliklə, hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır. 

 

 

Məqsədimiz:

Təlim Tədirs Mərkəzi Dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və Beynəlxalq Konvensiyanın və ona edilmiş əlavələrin tələblərinə və standartlarına uyğun nəzəri və əməli (praktik) təlimlərin təşkil edilməsini təmin etməkdən ibarətdir. 

Missiyamiz:

Dənizçilərin və dənizdə işləyən heyətin peşəkarlıq səviyyəsinin artırılması, onların fəaliyyət sahəsindəki, dünya və beynəlxalq təcrübəni onlara aşılamaq və təlimləndirməkdən ibarətdir.

 

 

 Təlimlərimiz:

  1. Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis
  2. Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat
  3. Elektron Xəritə Displeyinin və İnformasiya Sistemlərinin İstismar Qaydaları
  4. Kapitan körpüsünün resurslarının idarə olunması
  5. Gəminin İdarə Olunması və Manevr Edilməsi
  6. Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə (idarəetmə səviyyəsində)
  7. Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə (sıravi heyət üçün)
  8. Gəminin Mühafizəsi üzrə Məsul Şəxs
  9. Gəminin Mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı
  10. Gəmi Mühafizəsi üzrə ümumi hazırlıq və təlimat
  11. Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Məhdud rayon operatoru
  12. Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Ümumi rayon operatoru
  13. Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Ümumi rayon operatoru üçün qısaldılmış Baza Kursu
  14. Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış xilasetmə” (idarəetmə səviyyəsində)
  15. “Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı” (istismar səviyyəsində)
  16. “Radar,avtomatik radar müşahidə vasitələri,kapitan körpüsü komandası və axtarış xilasetmə”(idar.səv.) qısadılmış baza kursu
  17. Sürətli xilasetmə qayıq mütəxəssisi
  18. Gəmidə tibbi nəzarət
  19. Gəmidə ilk tibbi yardım
  20. Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi üzrə hazırlıq (RO-RO)
  21. Sərnişinlərə bilavasitə xidmət göstərən heyət üzvləri üçün hazırlıq
  22. Təhlükəli və zərərli yüklərin daşınması
  23. İzdihamla idarə olunması üzrə hazırlıq
  24. Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq
  25. Maşın şöbəsinin resurslarının idarə olunması
  26. Neft və Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya
  27. Neftdaşıyan tankerlərdə yük əməliyyatına dair geniş Proqram üzrə hazırlıq
  28. Gəmi elektrik mexaniklərinin ixtisasartırma kursu
  29. Gəmidə qazanalizatorı və onların istismarı
  30. İnert qaz sistemi
  31. Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatlarının aparılması üzrə hazırlıq (idarəetmə səviyyəsində)
  32. Liderlik və heyətlə iş birliyi
  33. “Yanğınla mübarizə” geniş proqram üzrə
  34. Gəmi əmniyyətliyi üzrə məsul şəxs
  35. 1000 volt və artıq olan gərginlik sistemlərinin təhlükəsiz istismarı və onlara texniki nəzarət
  36. Gəmi mexanikləri üçün ixtisasartırma
  37. Gəmi sürücüləri üçün ixtisasartırma
  38. Gəmi elektrik mexaniklərinin qısa müddətli ixtisasartırma kursu
  39. Kapitanın yanğın üzrə köməkçisinin təkmilləşdirmə kursu
  40. Kapitanın sərnişin üzrə köməkçilərinin hazırlığı
  41. Gəmi Dizel Energetik Qurğularının istismarı" trenajor  hazırlığı
  42. Gəmi elektroenergetik sistemi trenajor hazırlığı
  43. Liman vasitələrinin mühafizəsi
  44. Gəmi dayanıqlığı
  45. Dənizçilərin bilik və bacarığın yoxlanmasına və qiymətləndirilməsinə dair hazırlıq
  46. Trenajor təlimatçıların və qiymətləndiricilərin hazırlığı
  47. Təlimatçılar üçün hazırlıq
  48. Dinamik mövqe saxlama operatorlarının hazırlığı (baza kursu)
  49. Dinamik mövqe saxlama operatorlarının hazırlığı  (simulyator kursu)
  50. Dinamik mövqe saxlama sisteminə texniki xidmət təlimi
  51. Dinamik mövqe saxlama operatorlarının hazırlığını (baza kursunu) digər təlim mərkəzində bitirən dinləyicilərə imtahanın təşkili
  52. Dinamik mövqe saxlama operatorlarının hazırlığını (simulyator kursu) digər təlim mərkəzində bitirən dinləyicilərə imtahanın təşkili
  53. Dinamik mövqe saxlama operatorlarının hazırlığını (baza kursunu) digər təlim mərkəzində bitirən dinləyicilərə qeydiyyat kitabı (Logbook) 

 

 

Bundan başqa praktiki məşqələlərin təmin edilməsi üçün Mərkəzdə

aşağıda qeyd olunan avadanlıqlar yerləşir: 

  1. Qravitasiya tipli AT xilasetmə qayığı.
  2. Xilasetmə sal “Wiking”.
  3. “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)” (POSEİDON və TRANSAS firmasının istehsalı olan) trenajoru.
  4. “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)”-nin real avadanlığı.
  5. “Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı” (POSEİDON firmasının istehsalı olan) trenajoru.
  6. “Elektron Xəritə Displeyinin və İnformasiya Sistemlərinin İstismar Qaydaları” trenajoru.
  7. “Sürətli xilasetmə qayıq mütəxəssisi” (TRANSAS firmasının istehsalı olan) hazırlığı trenajoru. 

 

Direktor: Emil Manafovhttps://bit.ly/2M4K10Q

E-mail:     emil.manafov@acsc.az

Ünvanlar:

Əsas İnzibati bina: Salyan şossesi 23

II Korpus: Kazım Kazımzadə 127

Əlaqə nömrələri:

Telefon: (+99412) 404 39 46;  (+99412) 404 39 47

Mobil:    (+99450) 277 02 79; (+99450) 243 91 74

E-mail: trainingcenter@asco.az

Web: http://trainingcenter.asco.az/

Fb: https://www.facebook.com/acsctrainingcenter/

In: https://www.linkedin.com/mynetwork/