- KARYERA MƏRKƏZİ -

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyası, hər şeydən öncə, təhsildə ənənə və müasirliyin üzvi vəhdətinin təmin olunması və Azərbaycan təhsilinin beynəlxalq təhsil standartlarına uyğunlaşdırılması prinsiplərinə əsaslanır.

Hazırda dövlət başçısı cənab İlham Əliyev tərəfindən təhsilin və xüsusilə də ali təhsilin inkişafına göstərilən diqqət və qayğı yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli uğurların əldə olunmasına imkan verir. 

Karyera qrupunun əsas məqsədi gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Karyera qrupunun məlumat bazasında tələbələrimiz, məzunlarımız, o cümlədən məşğulluq problemi ilə üzləşən bacarıqlı və bilikli gənclər haqqında anket məlumatları toplanır. Bundan başqa, məlumat bazasında kadr problemi ilə üzləşən və müəyyən vakansiyaların mövcud olduğu dövlət və özəl qurumlar haqqında məlumatlar da öz əksini tapır. Akademiya tələbələrin yüksək təhsil almalarını təmin etməklə yanaşı, onlara gələcək karyeralarının qurulmasında da yardımçı olur.

Dünya təcrübəsində ali məktəblərin reytinqinin müəyyən edilməsində məzunların işlə təmin edilməsi ən vacib göstəricilərdən biri hesab edilir. Bu baxımdan, karyera qrupu fəaliyyət göstərdiyi qısa müddət ərzində ən əhəmiyyətli struktur bölmələrdən birinə çevrilməklə akademiyanın perspektiv inkişafının təmin edil­məsində, ictimaiyyətdə və digər ali məktəblər sırasında onun reytinqinin yüksəldilməsində mühüm rol oynayır. Karyera qrupu öz fəaliyyətini, əsasən, aşağıdakı istiqamətlər üzrə həyata keçirir:

  • Akademiyada təhsil alan və məzun olmuş gənclərin məşğulluq probleminin həlli istiqa­mə­tində tədbirlərin həyata keçirilməsi;
  • Bakalavrların və magistrlərin istehsalat, diplomqabağı, elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsinin təşkili və keçirilməsinə nəzarət.
  • İşədüzəltmə sahəsi üzrə tələbə, magistr, aspirant və dissertant­ların məlumat bankının hazırlanması;
  • Məzun yarmarkalarının keçirilməsinin təşkili;
  • Dövlət və özəl qurumlar tərəfındən təqdimatların keçirilməsinin təşkili.

 Akademiyamızada istehsalat təcrübələrinin təşkilinə nəzarət edil­məsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 may 2000 -ci il 83 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat  donanmasının  gəmilərində  üzmə  və istehsalat təcrübələrinin təşkili haqqında Əsasnamə” və “Karyera qrupunun Əsasnamə” ilə tənzimlənir.

ADDA-da Karyera qrupu 05.092017-ci ildə 151/K saylı əmrə əsasən yaradılmışdır.

 ADDA-nın Karyera qrupunun rəhbəri:    Elxan Dəmir oğlu Məmmədov

Ünvan: Az 1000, Bakı, Z. Əliyeva küçəsi 18, I tədris binası, III mərtəbə, otaq-321

Tel.: (+994 12) 493-36-44 (dax. nömrə  218), 050-278-06-69

E-mail: elxantec@mail.ru, elxan.mammadov@acsc.az