- ELMİ İŞLƏR VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ PROREKTOR -

Vüqar Böyükağa oğlu Sadıqov 1964-cü ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur.

1987-ci ildə Leninqrad Su Nəqliyyatı İnstitutunu “Gəmiqayırma və gəmi təmiri” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə “Xəzərdənizneftdonanma” İdarəsinin gəmi təmiri zavodunda Gövdə-qaynaq sexinin ustası kimi başlamışdır.

1991-2001-ci illərdə AzTV-nin “Xəbərlər”, “İqtisadiyyat” və “Səhər” redaksiyalarında şərhçi, şöbə müdiri, Nazirlər Kabinetinin Mətbuat Xidmətində böyük referent, “Mir” Dövlətlərarası Teleradio Şirkətində şöbə müdiri vəzifələrində işləmişdir.

2001-ci ildən Xəzər Dəniz Gəmiçiliyi sistemində çalışır. Gəmiçilik rəisinin köməkçisi, İnformasiya və mətbuat şöbəsinin rəisi vəzifələrini tutmuşdur.

2013-2016-cı illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin köməkçisi, Mətbut katibi vəzifələrində çalışmışdır.

2016-cı ildən Azərbaycan Dövlət Dəniz Akademiyası rektorunun müşaviri, 2017-ci ildən isə Dəniz Akademiyasının Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektorudur.

Pedaqoji fəaliyyətə 2003-cü ildən başlamışdır. Həmin tarixdən “Gəmiqayırma və gəmi təmiri” kafedrasının baş müəllimi, 2016-cı ildən isə dosentidir.

2009-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Texnika üzrə fəlsəfə doktorudur (gəmiqayırma üzrə).

2014-cü ildə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının qərarı ilə “Donanmanın fəxri işçisi” döş nişanına layiq görülmüşdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. 3 övladı var.

Tel:     (IP phone) 404 37 00 (3032)

Mob.:  (+994) 50 283 08 96

Email: vuqar.mirsadiq@asco.az