- TƏDRİS VƏ TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ PROREKTOR -

Şərifov Zahid Ziyadxan oğlu 08.01.1962 – ci ildə Qərbi Azərbaycanın  Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur.

1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki  Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Azəırbaycan Texniki  Universitetində baş laborant, assistent, baş müəllim, dosent və 2008 - ci ildən 2010 - cu ilədək “Konstruksiya və kompozisiya materiallarının texnologiyası” kafedrasında professor vəsifəsində işləmişdir. 1992–ci ildə aspiranturanı bitirərək Azərbaycan Elmlər Akademiyasının D004.08.01 İxtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik  dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə AZTU-nın D02.031 şifrəli Dissertasiya Şurasında doktorluq dissertasiyasını müdafiə edərək, materialşünaslıq sahəsində texnika elmləri doktoru  alimlik dərəcəsi almışdır. 2010-cu ildə ona AAK tərəfindən professor elmi adı   verilmişdir. 1984-1995-ci illərdə Azərbaycan Politexnik  İstitutunda Tələbə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində çalışmışdır. 1995-2001-ci illərdə isə Texniki Universitetin  professor - müəllim  heyətinin həmkarlar  ittifaqı Komitəsinin sədri olmuşdur.

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri”  kafedrasında 1997-2003 – cü illərdə dosent və 2003-cü ildən 2010-cu ilədək həmin kafedranın müdiri və professoru vəzifəsində  işləmişdir. 2010-cu ildən 2014-cü ilədək “Dəniz texnikası və texnologiyası” fakültəsinin  dekanı  vəzifəsində çalışmışdır. 2014-cü ildən 2017-ci ilin iyun ayınadək Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində  çalışmışdır. Hal-hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru vəzifəsinndə çalışır.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, Dissertasiya Müdafiələrinin Şura üzvü və sədridir. Həmçinin Beynəlxalq  Maşınqayıranlar  İttifaqının  üzvüdür.

Elmi – tədqiqat işləri gəmiqayırma, metallurgiya və maşınqayırma sənayeləri  üçün yüksək korroziya  davamlığa malik ərintilərin yaradılması və metallaşdırılmış  dispers qeyri – metal qatışıqlara malik ovuntu kompozisiya materiallarının işlənməsi  problemləri ilə əlaqədardır.  150-dən çox elmi əsəri, 3 monoqrafiyası, 6 dərsliyi  və 5 ixtirası vardır.

Elmi rəhbərliyi altında 5 doktorant və  dissertant müvəffəqiyyətlə disertasiya müdafiə edərək texnika üzrə  fəlsəfə doktoru  alimlik  dərəcəsi  almışlar.

Hal-hazırda elmi rəhbərliyi altında 1 dissertant və 4 doktorant elmi iş üzərində çalışırlar. 

17.09.2012-ci il tarixində AR Dövlət Dəniz Administrasiyasının kollegiyasının “Donanmanın fəxri işçisi”  adı ilə və 24.06.2014-cü il tarixində AR Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı  ilə təltif olunmuşdur.          

Ailəlidir, 3 övladı  var.  YAP- ın  üzvüdür.