- HÜQUQ MƏSLƏHƏTÇİSİ -

ADDA-da hüquq məsləhətçisi fəaliyyət göstərir. Rektorun kurasiyasında olan qurumun əsas vəzifəsi Akademiyada qanuniliyin təmin olunmasına nəzarət, tələbə və professor-müəllim heyəti ilə aparılan işin qanuniliyini təmin etməkdir.

Hüquq məsləhətçisi:

-Akademiyada qanunçuluğun gözlənilməsini və onun hüquqi maraqlarının müdafiəsini təmin edir;

-Qanunvericiliyin tələblərinə uyğun olaraq Akademiyada hazırlanmış əmr, təlimat, əsasnamə layihələrinə nəzarəti həyata keçirir, habelə zəruri hallarda bu sənədlərin hazırlanmasında iştirak edir;

-Akademiyada hüquqi işlərə metodiki rəhbərlik edir, struktur bölmələrə, ictimai təşkilatlara hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak edir;

-Akademiyanın fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir;

-Qanunun tətbiqi üzrə iş aparır, Akademiyanın işçilərini Akademiyanın fəaliyyətinə aid olan normativ aktlar ilə, qüvvədə olan qanunvericiliyə edilən dəyişikliklərlə tanış edir, Akademiyanın işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə dair rəy verir, hüquqi bilikləri təbliğ edir;

-Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir;

-Akademiyada əmək intizamını möhkəmləndirmək üçün tədbirlərin həyata keçirilməsində iştirak edir;

-Akademiya tərəfindən verilmiş əmrlərin və digər normativ aktların tətbiqi işinə dair məsləhətlər verir;

-Akademiyanı məhkəmə orqanlarında işlər üzrə iddiaçı və ya cavabdeh qismində təmsil edir.

 

Hüquq məsləhətçisi:    İmanov Saməddin

Tel:   (+99450) 277 02 93

E-mail: samaddin.imanov@asco.az