- ELMi ŞURA -

Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurası 

Azərbaycan Dövlət Dəniz Akademiyasına ümumi rəhbərlik müvafiq qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir.  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 oktyabr 1997-ci il tarixli 792 nömrəli “Ali Təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri R. Vəliyevin 12 yanvar 2022-ci il tarixli RV03/01-11 saylı təsdiqinə əsaslanaraq Elmi Şuranın aşağıdakı tərkibi təsdiq edilmişdir.

 

Sədr:

Heydər Xanış oğlu Əsədov

Rektor

Sədr müavini:

Zahid Ziyadxan oğlu Şərifov

Tədris və tərbiyə işləri üzrə prorektor

Üzvlər:

Almaz Yaqub qızı İmanova

Elmi katib

 

Vüqar Böyükağa oğlu Sadıqov

Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor

 

Elnur Oruc oğlu Abbasov

“Gəmi sürücülüyü” fakültəsinin deka­nı

 

Rafiq Xəlil oğlu Əsgərov

“Gəmi mexanikası və elektromexa­nikası” fakültəsinin dekanı

 

Emil Məmmədniyaz oğlu Manafov

Təlim Tədris Mərkəzinin direktoru

 

Əsədullah Mahmud oğlu Süleymanov

Tədris qeydiyyat şöbəsinin müdiri

 

Akif Şəmil oğlu İsmayılov

“Gəmi energetik qurğuları” kafedra­sının müdiri

 

Elşən Fəxrəddin oğlu Sultanov

“Gəmi elektroavtomatikası” ka­fed­ra­sının müdiri

 

Həzi Nəbi oğlu Nəbiyev

“Dəniz naviqasiyası” kafedrasının müdiri

 

İsaq  Abuzər oğlu Xankişiyev

“Gəmiqayırma və gəmi təmiri” kafed­rasının müdiri

 

Elxan  Dəmir oğlu  Məmmədov

Həmkarlar İttifaqı komitəsinin sədri

 

Laçın Vasif oğlu Babayev

Tələbə Elmi Cəmiyyətinin sədri

 

Vüqar Mübariz oğlu Əliyev

Tələbə Həmkarlar İttifaqı komitəsi­nin sədri, 209A2 qrup tələbəsi

 

 Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaradılması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.

Akademiyanın Elmi Şurası:

  • ADDA-nın Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparmaq üçün təkliflər verir və həyata keçirir;
  • ADDA-nın inkişaf Proqramını təsdiq edir, ADDA-nın inkişafının ən mühüm istiqamətlərini, tədris və elmi fəaliyyətinin müxtəlif məsələlərini, beynəlxalq əlaqələrini həll edir;
  • Tələbələrin, müəllimlərin, əməkdaşların, doktorant və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir;
  • Əsasnamələri, təlimatları və digər normativ sənədləri təsdiq edir
  • Hər il ADDA-nın fəaliyyəti barəsində rektorun hesabatını dinləyir
  • Hər il ADDA-nın maliyyə fəaliyyəti haqqında hesabatı dinləyir
  • Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların əlavə təhsili məsələləri, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir
  • Təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır, onların hesabatlarını dinləyir və müvafiq qərarlar qəbul edir
  • Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir
  • Fakültələrin, kafedraların və ADDA-nın digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir
  • Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir
  • ADDA əməkdaşlarına “professor”, “dosent” elmi adlarının verilməsi haqqında Ali Attestasiya Komissiyası qarşısında  vəsatət qaldırır
  • ADDA əməkdaşlarını respublikanın fəxri ad və mükafatlarının, orden və medallarının verilməsi üçün təqdim edir
  • Tədris planlarını təsdiq edir
  • Imtahanların keçirilmə qaydalarını və qiymətləndirmə kriteriyalarını müəyyən edir
  • ADDA-nın tədris-metodik şurasının tərkibini təsdiq edir
  • Kafedra müdiri və dekan vəzifələrinin tutulması üzrə müsabiqələri həyata keçirən Komissiya yaradır və onun tərkibini təsdiq edir.

Elmi Şura təsdiqlənmiş iş planı əsasında fəaliyyət göstərir. Şuranın iclasları ayda bir dəfədən az olmamaqla keçirilir. Elmi Şuranın iş planı Elmi Şuranın iclasında müzakirə olunaraq qəbul edilir və rektor tərəfindən təsdiq edilir.

Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq səsvermədə sadə səs çoxluğu ilə, professor, dosent və fəxri adların verilməsinə təqdimat isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.

Elmi Şuranın qərar çıxarması üçün iclasda onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50%-dən çoxu müzakirə olunan məsələnin leyhinə səs verərsə qərar qəbul olunmuş hesab edilir.

Elmi Şuranın qərarları yalnız ADDA-nın rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.

Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və elmi katibdə saxlanırlır.

Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.

Əsaslı səbəblər olduqda – Elmi Şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı, qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə ADDA-nın Elmi Surasının qərarı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC və Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindən ləğv oluna bilər.