- İNFORMASİYA RESURS MƏRKƏZİ -

 Azərbaycan Dövlət Dəniz Akademiyasının  İnformasiya resurs mərkəzi

İnformasiya resurs mərkəzi (bundan sonra İRM)  Azərbaycan Dövlət Dəniz Akademiyasının aparıcı struktur bölmələrindən biri olub, ADDA-nın tədris, elmi-tədqiqat fəaliyyətinə informasiya dəstəyi göstərən, təlim-tərbiyə və elmi-tədqiqat  prosesini  tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən, mədəni, mənəvi və intellektual əlavələrin yayılması mərkəzidir.

İRM  ADDA-nın 1247/K saylı 09.09.2015-ci il tarixli əmrilə yaradılmışdır.

İRM öz işində  Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununu,  “Kitabxana işi haqqında” qanunu,  Təhsil Nazirliyinin əmr, sərəncamları və normativ sənədlərini, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Dövlət Dəniz Akademiyasının (bundan sonra ADDA)  əmr və sərəncamlarını və İRM-in  Əsasnaməsini rəhbər tutur.

İRM, çoxşaxəli fəaliyyət istiqamətlərilə ölçülə bilən mərkəz

olaraq öz işini müxtəlif sektorlarda reallaşdırır: 

Sektor “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  informasiya strategiyası, reklam və mətbuatla iş siyasətini, universitetin ictimaiyyətlə əlaqələrinin düzgün koordinasiya və effektli idarə edilməsini, ictimaiyyətin ADDA ilə bağlı informasiya ehtiyaclarının ödənilməsini və şəffaf universitet imicinin qorunmasını, inkişaf etdirilməsini təmin etmək məqsədi ilə fəaliyyət göstərir:

 

 

 

 

 

¨Akademiyanın fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə universitetdə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması;

¨Akademiyanın fəaliyyəti ilə bağlı mədəni tədbirlərin, akademiyanın tanıtımının və nüfuzunun artırılması istiqamətində  işlərin  təşkili;

¨Akademiya tədbirlərində KİV nümayəndələrinin iştirakının təşkili, universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların monitorinqinin aparılması və bu barədə rəhbərliyə məlumat verilməsi;

¨Akademiyada aparılan islahatlar, kəşf, ixtiralar, kafedra və laboratoriyaların fəaliyyəti ilə yeniliklərlə bağlı davamlı olaraq məqalələrlə çıxış etmək;

¨ADDA tədbirləri ilə bağlı ictimaiyyəti və əməkdaşları  məlumatlandırmaq məqsədilə xəbər elanlarının hazırlanması;

¨ADDA saytının idarə edilməsi, Azərbaycan, ingilis və rus dillərində olmaqla gündəlik xəbərlərin yenilənməsinin təşkili;

¨ADDA-nın sosial şəbəkələrdə fəal iştirakını təmin etmək;

¨Abituriyentlərə, şagirdlərə akademiya və onun strukturları haqqında məlumatları çatdırmaq məqsədilə ADDA-nın tanıdılmasında istifadə edilən kataloq, broşur, plakat və tanıtma CD-lərinin hazırlanması, ölkə xaricindən universitetlə bağlı məlumat əldə etmək və ya ziyarət məqsədi ilə gələn qonaqların akademiya ilə tanış edilməsi;

¨Akademiyanın fəaliyyətinə dair kağız, video və foto materialların arxivinin yığılmasını, mətbu orqanların kağız və elektron nəşrlərinə abunə yazılmasının təşkili; 

Sektor akademiya və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə ADDA-nı təmsil edir, onların işində iştirak edir. 

Kitabxana 

Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris, elmi-tədqiqat fəaliyyətinə informasiya dəstəyi göstərən mədəni, mənəvi və intelektual ünsiyyət mərkəzi kimi kitabxana-Azərbaycan Respublikasının müvafiq sahəyə aid qanunvericilik normalarına uyğun hüquqi normativ aktlara, ali təhsil idarə orqanlarının və ADDA-nın daxilində qəbul edilən qərarlara, informasiya resurs mərkəzinin Əsasnaməsi və bu Qaydalara müvafiq fəaliyyət göstərir. 

Kitabxana aşağıdakı istiqamətlərdə öz işini qurur: 

¨Azərbaycan Respublikası Konstitusiyasını, “Azərbaycan Respublikasının Təhsil haqqıında” Qanunu, “Kitabxana işi haqqında” Qanunu, dövlət və hökumət sənədlərini, Təhsil Nazirliyinin əmr, sərəncam və normativ sənədlərini, ADDA-nın əmr və sərəncamlarını və həmçinin, Kitabxananın Əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərmək;

¨Bakalavr, magistr, doktorant, elmi işçi, professor-müəllim, texniki heyətə və universitetin digər kateqoriyadan olan oxucularının informasiya tələbatına və sorğusuna uyğun şəkildə kitabxana, məlumat-biblioqrafiya xidməti göstərmək;

¨Akademiyanın profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu formalaşdırmaq, ənənəvi çap məhsulu ilə yanaşı informasiya texnologiyasına keçmək, məlumat-biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirmək;

¨İnformasiya mədəniyyətini tərbiyə etməklə bərabər, oxuculara kitabxananın məlumat-soraq aparatından və yeni informasiya texnologiyasından istifadə etmək bacarığını aşılamaq;

¨Akademiyanın kafedraları və ictimai təşkilatlarla kitabxananın fəaliyyətini əlaqələndirmək;

¨Kitabxana işlərində müasir texniki vasitələrdən istifadə etməklə, məlumat-biblioqrafiya və informasiya prosesini mexanikləşdirmək, avtomatlaşdırmaq və kompyüterləşdirməklə kitabxana xidmətinin formalarını genişləndirmək və kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək;

¨Oxuculara vətənpərvərlik hissləri tərbiyə etmək, humanistləşdirmək, ümumbəşəri dəyərlərlə istiqamətləndirmək, fondlarda toplanmış elmi, mədəni, mənəvi irsi təbliğ etmək və açıqlamaq, oxucuların informasiya tələbatını ədəbiyyatla təmin etmək;

¨Kitabxanalararası abonement və beynəlxalq abonement vasitəsilə kitabxanaların fondlarından qarşılıqlı surətdə istifadə etmək;

¨Kitabxana fondunu müvafiq qaydada tədris etmək və onların uçotu, qorunması, bərpası və sanitariya-gigyena normalarına uyğun mühafizəsini təmin etmək. 

Kitabxananın strukturu aşagıdakı bölmələrdən ibarətdir:

  1. Kitabxana fondu və uçotu; 

Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual və texniki vasitələrlə oxunan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir. Kitabxana fondları universal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış ola bilər.

 ADDA-nın kitabxanası  zəngin fonda malikdir. Fondda Azərbaycan, rus, ingilis dillərində  və nadir  çap məhsulları saxlanılır. İşi: fondun qorunmasına nəzarət, ədəbiyyatın qəbulu, uçotu, ona ştamp vurmaq, yararsız ədəbiyyatın həmçinin fonddan çıxarılması, fondun hərəkətinin nəticələrini aşkar etmək və onun yoxlanılması.

 2. Komplektləşdirmə; 

  • Kitabxana fondunu Azərbaycan və xarici dillərdə zəruri çap məhsulları ilə komplektləşdirmək;
  • Kitabxanaya daxil olan bütün ədəbiyyatın dəqiq uçotunu aparmaq;
  • Kitabxana fondundan köhnəlmiş, öz aktuallığını itirmiş və istifadəyə yararsız ədəbiyyatı silmək;
  • Akademiya üzrə illik abunəni təşkil etmək.

Daxil olan ədəbiyyat kitabxananın bütün fondları üzrə qruplaşdırılır, inventar kitabında qeydə alınır, tədris ədəbiyyatı üçün uçot kartoçkası açılır. Lazımi sənədlər mütəmadi olaraq  mühasibatlığa təqdim edilir.

3. Kitab işləmə və kataloqlaşdırma;

Kitabxanaya daxil olan bütün ədəbiyyatı komplektləşmə bölməsindən alır. 

Bunlar Azərbaycan və rus dillərində olan dərsliklər, elmi əsərlər, bədii ədəbiy-yat, dissertasiyalardır. Şöbəyə daxil olan ədəbiyyat təsvir olunur və texniki cə-hətdən işlənilir. İşlənilmiş bütün ədəbiyyat həm elektron, həm də ənənəvi əlif-ba kataloquna daxil edilir.

   4. Biblioqrafik təsvir;

Kitabın kartoçkaya kitabxana-biblioqrafiya qaydası ilə işlənməsi.

  1. Əlifba və sistemli kataloq;

Alınan ədəbiyyatı təsnifləşdirmək;

Oxucu kontingentinin SK-dan mövzu üzrə sorğularına cavab vermək;

Akademiyanın  oxucu kontingentinə UOT üzrə əlavə məlumat vermək;

Sistemli kataloqun tərtibini davam etdirmək;  

6. Kartoteka;

Fonda daxil olan ədəbiyyatın qeyd kartoçkaların müəyyən qrafalarında qeydə alınması; kartoçkaların əlifba və sistemli şəkildə düzülməsi; 

  1. Qiraət zalı; 

Oxucuların informasiya tələbatına və sorğusuna uyğun şəkildə xidmət göstərmək, onları lazımi ədəbiyyatla təmin etmək. 

  1. Kompyuter zalı. 

İnformasiya mədəniyyətini tərbiyə etməklə bərabər oxuculara kitabxananın məlumat-soraq aparatından və yeni informasiya texnologiyasından istifadə etmək bacarığını aşılamaq; 

Beləliklə, İnformasiya resurs mərkəzi ADDA kitabxanasının fəaliyyətini müəyyən edilmiş qaydada qurur və ona nəzarət edir.  

informasiya-kommunikasiya texnologiyaları sektoru 

ADDA-nın bütün daxili strukturunun informasiyalaşdırılması, texnoloji təminat və şəbəkə xidmətinin təşkili, Akademiyanın Global İnternet şəbəkəsinə çıxışının inzibati idarəedilməsi və aşağıda qeyd olunan istiqamətlər bu sektorun payına düşür:

¨ADDA üzrə texniki avadanlıqların nasazlığının təyin edilməsi, profilaktikası və təmiri, şəbəkə sisteminə nəzarətin aparılmasının təmin edilməsi;

¨Kompüterlərin formatlandırılması və proqram təminatı ilə təmin edilməsi;

¨Multimedia proqram komplekslərinin (MRK) müntəzəm işlənməsinin təminatı və əlaqədar şəxslərə (işçilər və tələbələr) məsləhət vermək;

¨Akademiyanın hər iki korpusunda texniki avadanlıqların invertarizasiyasını aparmaq;

¨İstifadə müddəti keçmiş, yararsız texniki avadanlıqların silinməsi;

¨Akademiyada tədbirlərin keçirilməsində texniki dəstəyin göstərilməsi.

 Elektron imtahan sektoru 

¨Tədris ili ərzində ildə üç dəfə  test üsulu ilə keçirilməsi nəzərdə tutulan imtahanların şəffaf, obyektiv təşkil edilməsi

¨İmtahan aparılan kompyuterlərin proqram təminatında dövri olaraq dəyişiklik və əlavələrin edilməsi

¨Qış imtahan sessiyasında keçirilən fənlər üzrə test suallarının bazada yenilənməsi

¨İmtahan test suallarının bazaya yüklənməsi, imtahanın təşkil olunması və nəticələrin hazırlanması 

 

 

 

Audit sektoru 

Bəllidir ki, Azərbaycan  Dövlət Dəniz Akademiyasında keyfiyyət sahəsində siyasət  tədrisdə, təlim-trenajor mərkəzləri, dəniz nəqliyyatı mütəxəssislərinin təlimi və trenajor hazırlığı üzrə xidmətlərin yerinə yetirilməsi qaydasına və keyfiyyətə qoyulan tələbləri tənzimləyən beynəlxalq və milli standartların, norma və qaydaların şərtsiz yerinə yetirilməsinə əsaslanır və Akademiyada işlərin təşkilinin bütün səviyyələrini əhatə edir.  

Keyfiyyət sahəsində siyasət Akademiyada effektiv fəaliyyət göstərən keyfiyyət menecmenti sisteminə əsaslanır.

 

 

Bəllidir ki, Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərinin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001 Beynəlxalq standartı ilə işləyir və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyət menecment sistemi tətbiq edilir. Bütün bunlar ixtisas  və dənizçi hazırlığını icra edən xidmətlərin beynəlxalq və milli standartlara cavab  verməsini təmin edir.

Sektor Akademiyanın keyfiyyət sahəsində siyasət və məqsədləri ilə onun fəaliyyətinin uyğunluğunu müəyyənləşdirən KMS fəaliyyətinin sistematik və sərbəst təhlili məqsədilə Akademiya üzrə auditin keçirilməsini, ildə bir dəfə inspeksiya və ya sertifikatlaşdırma auditinin təşkilini, Akademiyanın bütün şöbə və bölmələrin iş prinsiplərinin qəbul edilmiş keyfiyyət standartına uyğunluğuna nəzarətini həyata keçirir.

Mərkəz 7 nəfər işçilə fəaliyyət göstərir: mərkəzin müdiri və müdir müavini, İT üzrə mütəxəssis, mühəndis, mühəndis-elektronçu və kitabxanaçı, kitabxana üzrə mütəxəssis

 

İRM-in müdiri Sevinc Rasim qızı Rzayeva

Əlaqə tel: (051) 5930359 ;    (012) 493 36 44 (103, 121)

Faks:       (012) 493 75 21 

E-mail:     Sevinc.rzayeva@acsc.az ;     S_rzayeva@list.ru